Haqqımızda Reklam Media Prinsipləri Əlaqə Valyuta Hava
SON DƏQİQƏ
REKLAM160×600
REKLAM160×600

Media Prinsipləri

 

MEDIA PRİNSİPLƏRİ

Redaksiya Prinsipləri və Peşə Standartları

QafqazMedia.az olaraq fəaliyyətimizin əsasını dəqiq informasiya, obyektiv yanaşma, peşəkar jurnalistika və cəmiyyət qarşısında məsuliyyət təşkil edir.

Biz inanırıq ki, media yalnız xəbər çatdıran platforma deyil, həm də cəmiyyətin informasiya hüququnu təmin edən, ictimai düşüncənin formalaşmasına təsir göstərən və həqiqətin qorunmasına xidmət edən mühüm institutdur.

Bu prinsiplər QafqazMedia.az-ın redaksiya fəaliyyətində, informasiya hazırlanmasında və yayımlanmasında əsas götürdüyü peşəkar və etik standartları müəyyən edir.

  • — Obyektivlik və dəqiqlik
    • az məlumatların mümkün qədər dəqiq, yoxlanılmış və etibarlı mənbələrə əsaslanmasına üstünlük verir.
    • Təsdiqlənməmiş məlumat fakt kimi təqdim edilmir. Xəbər hazırlanarkən fakt və fikir bir-birindən aydın şəkildə fərqləndirilir.
    • Hadisə və proseslərin işıqlandırılmasında qərəzsizliyə, obyektivliyə və balanslı yanaşmaya üstünlük verilir.

02 — İctimai maraq

2.1.Media fəaliyyətimizin əsas məqsədlərindən biri cəmiyyətin informasiya ehtiyacını qarşılamaqdır.

2.2.QafqazMedia.az ictimai əhəmiyyət daşıyan məsələlərin işıqlandırılmasında şəffaflıq, məsuliyyət, ədalətlilik və informasiya əldə etmək azadlığı prinsiplərini rəhbər tutur.

03 — Mənbələrin etibarlılığı

3.1. İnformasiyanın hazırlanması zamanı etibarlı, şəffaf və mümkün olduqda ilkin mənbələrə üstünlük verilir.

3.2. Mühüm faktların mümkün olduğu hallarda müstəqil mənbələr vasitəsilə yoxlanılması əsas redaksiya prinsiplərindən biridir.

3.3. Mənbənin açıqlanması mümkün və ya məqsədəuyğun olduqda onun kimliyi göstərilir. Məxfi mənbələrin hüquqları isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla qorunur.

04 — Fakt və şərh

4.1. Xəbər, analitik material, müəllif yazısı və şərh bir-birindən aydın şəkildə fərqləndirilir.

4.2. Jurnalistin şəxsi mövqeyi fakt kimi təqdim edilmir. Müsahibə və açıqlamalar hazırlanarkən şəxslərin fikirləri qəsdən təhrif edilmir və kontekstdən çıxarılmır.

4.3. Kənar müəllifin mövqeyini əks etdirən materiallarda zərurət olduqda:

“Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.”

qeydi yerləşdirilir.

05 — İnsan hüquqları və şəxsi həyat

5.1. QafqazMedia.az insan hüquq və azadlıqlarına, şəxsin şərəf və ləyaqətinə, şəxsi və ailə həyatının toxunulmazlığına hörmət edir.

5.2. Şəxsi məlumatların toplanması və yayılması zamanı qanunvericiliyin tələbləri nəzərə alınır.

5.3. Hadisənin mahiyyəti və ictimai əhəmiyyəti ilə birbaşa əlaqəsi olmayan şəxsi məlumatların yayımlanmasından çəkinilir.

  

  1. 06. Ayrı-seçkiliyə və nifrət nitqinə qarşı

6.1. Milli, etnik, irqi, dini, cinsi və digər əlamətlərə görə ayrı-seçkiliyi, düşmənçiliyi və nifrət nitqini təşviq edən məzmuna yol verilmir.

6.2. Terrorçuluğun, zorakılığın, qəddarlığın və ictimai təhlükəli davranışların təbliği və təşviqinə qarşı prinsipial mövqe tutulur.

07 . Uşaqların və həssas qrupların qorunması

7.1. Uşaqların fiziki, psixoloji və mənəvi təhlükəsizliyi xüsusi diqqətdə saxlanılır.

7.2. Uşaqlarla bağlı materialların hazırlanması və yayımlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri nəzərə alınır.

7.3. Uşaqlara qarşı cinsi xarakterli cinayətlərin qurbanı olan şəxslərin kimliyinin müəyyən edilməsinə imkan verən məlumatlar yayımlanmır.

7.4. Zorakılıq və qəddarlıq əks etdirən materialların yayılması zamanı onların ictimai zəruriliyi və mümkün psixoloji təsiri nəzərə alınır.

08 . Cinayət və məhkəmə xəbərləri

8.1. Cinayət və məhkəmə prosesləri barədə məlumatlar hazırlanarkən təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilir.

8.2. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxs cinayət törətmiş şəxs kimi təqdim edilmir.

8.3. Məhkəmə proseslərinin işıqlandırılmasında faktlar, rəsmi məlumatlar və tərəflərin mövqeləri mümkün qədər aydın şəkildə fərqləndirilir.

  1. 09. İntihar hallarının işıqlandırılması

9.1. İntihar və intihara cəhd halları barədə məlumatlar xüsusi həssaslıqla hazırlanır.

9.2. Belə materiallarda intiharı romantikləşdirən, qəhrəmanlaşdıran və ya təqlidə səbəb ola biləcək təsvir və detallardan istifadə edilmir.

  1. 10. Reklam və sponsorlu məzmun

10.1. Reklam, sponsorlu və kommersiya xarakterli materiallar redaksiya məzmunundan aydın şəkildə fərqləndirilir.

10.2. Ödənişli və sponsorlu məzmun oxucunu yanıltmayacaq formada müvafiq qaydada işarələnir.

Redaksiya qərarlarına reklamverənlərin və sponsorların əsassız müdaxiləsinə yol verilmir.

  1. 11. Müəllif hüquqları

11.1. QafqazMedia.az başqasına məxsus mətn, foto, video, audio və digər yaradıcı materiallardan istifadə zamanı müəlliflik və əlaqəli hüquqların qorunmasına riayət edir.

11.2. Başqasının materialı və ya fikri mənbə göstərilmədən QafqazMedia.az-ın öz materialı kimi təqdim edilmir.

  1. Plagiata qarşı

12.1. Jurnalistika etimad üzərində qurulur.

12.2. Başqa müəllifin yazısının, fikrinin və ya yaradıcı məhsulunun mənimsənilməsi və mənbə göstərilmədən yayımlanması QafqazMedia.az-ın peşə prinsiplərinə ziddir.

12.3.Material hazırlanarkən istifadə edilmiş əsas mənbələr mümkün olduqda göstərilir.

 

  1. 13. Səhvlər, düzəliş və təkzib

13.1. QafqazMedia.az yayımladığı məlumatların düzgünlüyünə məsuliyyətlə yanaşır.

13.2. Faktiki səhv müəyyən edildikdə, həmin səhvin mümkün qədər operativ şəkildə düzəldilməsi təmin edilir.

13.3. Əhəmiyyətli düzəlişlər zamanı oxucuya yanlış və düzgün məlumat arasındakı fərq aydın şəkildə izah edilir.

13.4 Qanunvericiliklə nəzərdə tutulmuş hallarda təkzib və cavab hüququ təmin edilir.

  1. 14. Dil və jurnalistika mədəniyyəti

14.1. QafqazMedia.az Azərbaycan Respublikasının dövlət dilinin ədəbi və qrammatik normalarına riayət etməyi əsas redaksiya prinsiplərindən biri hesab edir.

14.2. Jurnalist materiallarında təhqiramiz, alçaldıcı, vulqar və əsassız kobud ifadələrdən istifadə edilmir.

14.3. Dil sadə, aydın, peşəkar və oxucu üçün anlaşıqlı olmalıdır.

  1. 15. Milli və mənəvi dəyərlər

15.1. QafqazMedia.az Azərbaycan Respublikasının dövlətçiliyinə, dövlət rəmzlərinə, milli və mənəvi dəyərlərə hörmətlə yanaşır.

15.2. Redaksiya fəaliyyəti cəmiyyətin ümumi əxlaq prinsiplərinə, insan ləyaqətinə və ailə institutunun qorunmasına hörmət əsasında həyata keçirilir.

  1. 16. Jurnalistin peşə müstəqilliyi

16.1. Jurnalist öz peşə fəaliyyətində qanunvericiliyə, jurnalistika prinsiplərinə və redaksiya standartlarına riayət edir.

16.2. Qanunvericiliyə və peşə prinsiplərinə zidd hesab etdiyi tapşırığın icrası ilə bağlı öz mövqeyini redaksiya rəhbərliyinə bildirə bilər.

16.3. Jurnalistin hazırladığı material redaktə zamanı onun mövqeyini və ya faktların mahiyyətini təhrif edəcək şəkildə dəyişdirilərsə, jurnalist müəllifliyinin həmin materialda göstərilməməsini tələb edə bilər.

  1. 17. Maraqlar toqquşması

17.1. Jurnalist və redaksiya əməkdaşı peşəkar obyektivliyinə təsir göstərə biləcək şəxsi, kommersiya və digər maraqlar toqquşmasından çəkinməlidir.

17.2. Materialın hazırlanmasında şəxsi və ya maliyyə marağı olduğu halda bu barədə redaksiya rəhbərliyinə məlumat verilməlidir.

  1. 18. Rəqəmsal media və sosial şəbəkələr

18.1. QafqazMedia.az-ın sosial şəbəkələrində və digər rəqəmsal platformalarında yayımlanan materiallar da bu Media Prinsiplərinin tələblərinə tabedir.

18.2. Xəbərin sürətlə yayımlanması faktların yoxlanılması öhdəliyini aradan qaldırmır.

13.3. Auditoriya və baxış sayı naminə yanıltıcı başlıqlardan, manipulyativ təqdimatdan və faktları təhrif edən üsullardan istifadə edilmir.

 

19 .  Media sahəsində peşəkar standartlara uyğunluq

19.1. QafqazMedia.az Azərbaycan Respublikasında media sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının, o cümlədən Medianın İnkişafı Agentliyinin media subyektlərinin fəaliyyətinə dair müəyyən etdiyi peşəkar yanaşma və standartları nəzərə alır.

19.2. QafqazMedia.az jurnalistika fəaliyyətində Azərbaycan Mətbuat Şurasının peşə etikası və jurnalist davranışı ilə bağlı qəbul etdiyi prinsipləri də rəhbər tutulmalı peşəkar meyarlar sırasında nəzərə alır.

19.3. Bu yanaşma QafqazMedia.az-ın redaksiya müstəqilliyini məhdudlaşdırmır və hər hansı dövlət qurumu, ictimai birlik, siyasi təşkilat, kommersiya qurumu və ya digər subyektin redaksiya qərarlarına qanunsuz müdaxiləsinə əsas vermir.

19.4. QafqazMedia.az media qanunvericiliyinin, jurnalistikanın peşə standartlarının və etik prinsiplərin inkişafını daim izləyir və redaksiya siyasətini müvafiq dəyişikliklərə uyğun təkmilləşdirir.

 

Bizim redaksiya sözümüz

QafqazMedia.az üçün jurnalistika ilk növbədə etimaddır.

Biz məlumatı yalnız sürətli çatdırmağı deyil, onu dəqiq, məsuliyyətli və peşəkar şəkildə təqdim etməyi əsas götürürük.

Bizim üçün hər bir xəbər yalnız informasiya deyil, cəmiyyət qarşısında məsuliyyətdir.

Həqiqət. Dəqiqlik. Obyektivlik. Məsuliyyət.

QafqazMedia.az — etibarlı informasiyanın ünvanı.

Hüquqi qeyd

Bu Media Prinsipləri QafqazMedia.az-ın redaksiya fəaliyyətində rəhbər tutduğu peşəkar və etik standartları müəyyən edir.

Sənəd Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi nəzərə alınmaqla tətbiq edilir. Qanunvericiliyin tələbləri ilə bu sənədin müddəaları arasında ziddiyyət yarandıqda Azərbaycan Respublikasının qanunvericiliyi əsas götürülür.

© QafqazMedia.az