Bz. Okt 17th, 2021

Sənin hıçqırığınla səbir tükənə bilər,
Sənin övladlarınıq hər əmrinə səfərbər!
Heç kimin gücü çatmır səni ovundurmağa,
Şəhid torpaqda yatır, baş əyirəm torpağa..!
***
Anam, dözə bilmirəm, məni də boğur qəhər,
Sənə qoşular hamı, bütün bir el hönkürər!
Çox şükür şəhidlərin alınıbdır qısası,
Hamının anasısan sən ey şəhid anası!
***
Ey gəlnimiz, qızımız, sən ey bacımız ana,
Sənsən bil şərəfimiz, ey baş tacimız ana!
…Heç kimin gücü çatmır səni ovundurmağa,
Həm sənə baş əyirəm, həm müqəddəs torpağa!

Cavanşir Atəşi (Qocayev)

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir