Bz. Okt 17th, 2021

Quba Qırmızı qəsəbə sakini igid və Qəhrəmancasına şücaət göstərən , düşməndən qisasını alan , 2019 ci il 22 sentyabr tarixində ölümdən qorxmayan , ölümün gözünə dik baxan Şəhid Abdulrəhimov Ramin Şövkət oğlunun bu gün ölümünün 2 ci il dönümünü qeyd olunurdu.Bizdə Ş.A.Prodictionun” Tanıyaq və Tanıdaq”layihəsi olaraq kollektivimizlə birlikdə ailənin yanında olduq.Ailəsi həm üzgün,həm də çox qürurla bu il yad edirdilər. Məzarına güllər və Azərbaycan bayrağı apararaq oğlanlarına tam Azərbaycanımıza qovuşduğumuza görə dualar oxudular. Axı Raminin çoxdankı, arzusu reallaşmışdı Cıdır düzündə tonqallar yandırıldı,şənlik təşkil olundu. Nəin ki, Raminin ,bütün Azərbaycan xalqının arzusu çin oldu. Ramini yad etməyə gələnlər sırasında 2 ci Qarabağ Müharibəsinin Şəhid valideynləri də vardı. Cənnətdəki ikinci il dönümündür igid qorxmaz məğrur duruşlu Ramin sən qələbəyə addımını vaxtında ataraq düşmənə layiqli cavab vermişdin.Onlara Azərbaycan oğlanlarının nə qədər güclü,qorxmaz, olduğunu göstərmişdin Ramin şəhadətinlə qəlbimizə adını qızıl hərflərlə yazdın Igidimiz.Sizləri dünyaya gətirən bütün valideynlər qarşısında baş əyirik .Qisasınız alındı Şəhidim . Ruhun şad olsun Unudulmaz Qəhrəman Igidimiz.

Qafqazmedia.Az

Şakir Abbas

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir