Bz. Okt 17th, 2021

Quba sakini Şəhid Abbasov Bəşir Nizami oğlunun onsuz , onun cənnətdəki ilk doğum gününü böyük hörmətlə anaraq yad etdik .Ailəsi , yaxınları, doğmaları üzgün halda olsalarda Bəşirin sevdiyi naz nemətləri bişirib ,süfrə başına yığışıb ,Bəşirlə bağlı xatirələrini bölüşürdülər.Evin ən gözəl guşəsi Bəşirin rəsmlərindən, libaslarından , Hərbi xidmətə görə mükafatlarından ibarət masa ilə bəzənmişdi.Ailəsinin qürurla fəxarət hissi ilə gözləri dolurdu.Hər zaman hərbiçi olmaq arzusu ilə yaşayırdı igid qorxmaz,məğrur,duruşlu Bəşirimiz.Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanır igid,qorxmaz ,məğrur duruşlu Bəşir .Vətən müharibəsində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəldi igidimiz.Ana rəsmi olan boyunbağını şərəflə boynundan asmışdı. Nənə isə Bəşirlə olan xatirələri danışıb kədərlənirdi. Biz onu qəhrəman oğul kimi böyütmüşdük deyirdi. Hər zaman düşməndən qisas alacağı günü gözləyirdi. Xocalı şəhidlərini Bəşir unuda bilmirdi. Bütün şəhidlərin qisasını böyük şücaət göstərərək aldı igidimiz qəhrəmanımız Bəşir. Ən böyük arzun reallaşdı Cıdır düzündə, Mədəniyyət beşiyi olan Şuşamızı tarixi torpaqlarımıza qovuşduq tarix yazan Bəşir.Ruhun şad olsun . Nəinki ata yurdun həmdə məzarın ziyarət ocağına çevrildi Igidimiz. Sənin qisasını qəhrəman yoldaşların axır qanına qədər alıb.Sənin sevdiyin şanlı bayrağımız hər zaman zirvələrdə dalğalanacaq. Evinin qapısından şanlı bayrağımız ucalır, and yerimiz qürur yerimizdir !

Unutmadıq unutdurmayacıq tarix yazan qəhrəmanımız.

Şakir Abbas.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir