Ça. Sen 28th, 2021

24/07/2021 – ci ildə Gürcüstan Azərbaycanlıları Kongresinin təşkilatçılığı ilə Marneulidə, Ata Holding binasında Borçalının şairə qızı, Türk dünyasının sevimlisi Səadət Butanın anadan olmasının 70 illik yubileyi qeyd olundu. Yubileyi GAK-ın sədri Hüseyn Yusubov açaraq Səadət xanıma Kongresin Fəxri Fərmanını təqdim etdi. Ilk olaraq ” kiçik aşıx ” kimi tanınan Rafis Bəkirov saz ifası ilə yubliyarı təbrik etdi. Daha sonra Gürcüstan Parlamentinin iki çağrış deputatı olmuş Ramiz Bəkirov, Hidayət Huseyinov, Parlamentin bir çagrış deputatı olmuş Ruslan Hacıyev çıxış etdilər.
Marneuli bələdiyyəsinin merinin müavini Kənan Omarov bütün Marneulilər adından Səadət xanıma xoş arzularını çatdırdı. Daha sonra Marneuli bələdiyyəsinin deputatı Əşrəf Tükənov, Bolnisi məktəbinin direktoru Ziyatxan Sərdarov, şair Lətif Ağaoğlu, Bakının Mədəniyyət və Incəsənət Universtitetinin baş müəllimi Hafis Kərimov, ” salam ” xeyriyyə cəmiyyətinin rəhbəri Maya Rəcəbova, xeyriyyəçi xanım Bəsti Qaraqızı, Gürcüstan Azərbaycanlıları Müəllilmlər Ittifaqının sədri S.Zeynalqızı, şair S.Candarlı, Karslı qonaq Veysəl Topqaya, poeziya həvəskarı Xasməmməd Alıoğlu çıxış edərək Səadət xanımı təbrik etdilər.
Borçalının ustad və gənc aşıxları Səadət Butanın sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.
Müğənni Həcər Abbasqızı Səadət Butanın sözlərinə yazılmış mahnı ilə yublyarı təbrik etdi.
Baydar ictimai məktəbinin şagirdləri Yublyarın şerlərini səsləndirdilər.
Xalqımızın sevimli sənətkarı Ariz Huseynov sürpriz olaraq yubileyə qatıldı və Səadət xanımın sözlərinə yazılmış mahnıları böyük ustalıqla ifa etdi. Tədbirin aparıcısı Baydar ictimai məktəbinin müəlliməsi Sevil Dəmirçiyeva idi.
Sonda xalq şairəmiz Səadət Buta, Borçalının bütün ellərinin təmsil olunduğu salona təşəkkür çıxışı ilə yubileyi yekunlaşdırdı.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir