Bz. Okt 17th, 2021

Səma Elbrus qızı Muğanna 2006-cı ildə anadan olmuşdur. Hələ yaşının çox az olmasına baxmayaraq yaradıcılıqda böyük uğurlar qazanmış, 3 kitabı işıq üzü görmüşdür, eyni zamanda ara-sıra dövri-mətbuatda da çıxışlar etmişdir.

Gənc istedadımızın kiçik “Qızılgülüm” əsərini sizlərə təqdim edirik:


Düşünə bilməzdim…Bəlkə də bənzəri yoxdur bizim hekayəmizin.Qəlbim ağır silah olmuş,ruhum üsyan etmiş sanki.Mən sənsizliklə necə yaşadım Qızılgülüm? Mən artıq məzarda,bir kəfəndəyəm.Axı mən sənə toxuna bilmirdim.Sənin tikanların imkan vermirdi…Həqiqətmi sənin yaşamağın? Qızılgülüm,artıq peşmanam.Yalvarıram sənə,artıq məzardayam.Sənsizlik məni öldürdü.Danış,yalvarıram,danış.
-Adam,mən səni hər zaman sevdim,bunu unutma.Sən o qədər təkəbbürlü,kobud və acımasız idin ki…Səni mən öldürmədim ki.Sən öz əllərinlə özünü asıb,intihar etdin.Hər zaman üsyan edərdin.İçindəki o kin,nifrət,şeytan səni məhv etdi.Düşünə bilməzdin ki,sənin toxuna bilmədiyin Qızıgül bir zaman tək gül deyil,sənin tam qarşındakı o xanım ola bilər.Öz içində boğularaq öldün.Mən də hər zaman səndən gizlətdim sevgimi.Səndən gizlətdim ilk etirafımı və sən getdin.Artıq söyləyəcəyim bir söz qalmadı.
-Haqlısan Qızılgülüm.Məni bağışla.Bilirsən necə əzab çəkirəm? Toxuna bilmədiyim əllərin,həsrətlə gözlədiyim ətirli saçların…Bunlar mənim faciəm oldu.Əlvida…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir