Bz. Okt 17th, 2021

İyunun 15-də Xətai Sənət Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin (QM İB) təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdəcəmi şəhidlərimizin və iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minaya düşən Azərbaycan Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qafqaz Media” İB-in sədri Hacı Azadə Taleh Abbasqızı Hüseynova 15 İyun – Milli Qurtuluş Gününün xalqımızın həyatında əlamətdar gün olduğunu söyləyib. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ölkəni xaos və anarxiyadan, vətəndaş müharibəsindən xilas etdiyini bildirib. A.Hüseynova şair və yazıçıların, qələm adamlarının Ulu Öndərin xatirəsinə onlarla kitab, musiqi əsəri və filmlər həsr etdiklərini vurğulayıb.

qafqazmedia.az-nin və aztac.az-ın baş redaktoru Mirdamət Əzizov ,Yasamal MKS-inin 4 №-li filial kitabxanası nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri, şairə-publisist Zərəngiz Dəmirçi Qayalı, Məhsəti Şairlər Məclisinin rəhbəri,şairə Cavahir Qaraqızı,Turanxəbər.az-ın rəhbəri ,Həkim-yazar Məlahət Hümmətqızı,Xeyriyyəçilərdən Hacı şölə Bağırova,”Həkəri”qəzetinin baş redaktoru Rauf Ilyasoglu ,Hacı Səmayə İbrahimova,həkim ginikoloq Seymur Əsgəroğlu (“İlhamlı Azərbaycan”)Aida və Zuridə bacıları,,ən fəal aktrisalardan Rada Nəsibova,Müdvər Nemətova,”Azad Azərbaycan” qəzetinin redaktoru Tamilla Məmmədzadə ,tanınmış müğənni Nuray Kardaşov və anası Kəmalə xanım,tanınmış gənc bəstəkar Nərgiz Fərhad qızı,alimlərdən Sakibə Əhmədova,Aidə Kazımi həkim-kosmetoliq, Qaziyev Afiq,AMEA Fiziologiya inistitutu,laboratoriya rəhbəri və Vüqar Məmmədzadə ,İlin vətənpərvər bəstəkarı(Heydər Zirvəsi”medalı) Ələsgərova Sakibə,ADPU-nun dosenti,f.ü.f.d,əməkdar müəllim Əzizova Nobahar Mollabala qızı,ADU-nun müəllimi,tanınmış pedaqoq,Fərəcova Xumarə İsrafil qızı ,İlin fərdi sahibkarı,Vüsalə Qədimova,İlin peşəkar Mikroblading permanent masteri,Nuridə Bədəlova Cuma qızı,İlin iş qadını,Nəzakət Kərimova-Əhmədova,İlin müəllimi,Tərəqqi medallı,muzey direktoru ,Rasimə-Xədicə bacıları,Ziyafət xanım və başqaları Ulu Öndərin xalqımız qarşısındakı xilaskarlıq missiyasından danışıb, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü quruculuq işlərindən, ölkəmizdə qazanılan ictimai-siyasi, mədəni və iqtisadi uğurlardan, 44 günlü Zəfər savaşından söhbət açıblar.

Tədbirdə gənc sənət adamlarının, şairlərin də çıxışları dinlənilib.

Sonda fərqli sənət sahiblərinə “Qafqaz Media” İctimai Birliyinin qələbəmiz münasibətilə təsis etdiyi “Xarıbülbül” medalı təqqdim olunub.

Mükafat alanlar sırasında Yasamal MKS-inin filial kitabxanasının müdiri Turanə Əmirova və filial kitabxananın əməkdaşı, qurumun nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının sədri Zərəngiz Mansurova…. da var.

Zərəngiz Dəmirçi Qayalı
aztac.az saytının baş redaktor müavini.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir