Ça. Sen 28th, 2021

Sevən qəlb

Oturaq Dənizdə səhər-səhər biz,
Bir dəniz, bir sahil, bir də ikimiz,
Danışsın daxildən sevən qəlbimiz,
Səslənsin Məmmədov Səxavət səsi,
Sevgiyə bir dəvət, cəsarət səsi.

Qəlb dolduğu şeyin dil bulağıdır,
Xoş sözlər çiçəkli, güllü bağıdır,
Yaşımız sevginin bahar çağıdır,
Səslənsin Məmmədov Səxavət səsi,
Sabahın vaxtında məlahət səsi.

Göz ayna sayılır qəlbə əzəldən,
O şəffaf aynada necə gözəlsən!
Söyləyim ,sevgilim, mənə özəlsən,
Səslənsin Məmmədov Səxavət səsi,
Qəlbləri titrədən heyrət nəğməsi.

Sevənlər sevgini bir yolla duyur,
Gülüşün, gözlərin sanki söz deyir,
Könlün Camal deyib məni səsləyir,
Səslənsin Məmmədov Səxavət səsi,
Bir sevgi simvolu, məhəbbət səsi.

Camal Cəfər ©2021
22/05/21 07:16

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir