Bz. Okt 17th, 2021

Bu gün dünyadakı bütün qadınlara diqqət göstərilir, qadınların üzünə sevinc qonur. Qadın xoşbəxt olunca ətrafını, bütün dünyanı səadətə bələyir.

 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsini təklif edib. 

1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

 Artıq demək olar bir əsrdir dünyanın sivil ölkələrində 8 Mart anaların, bacıların, sevgililərin günüdür. Hər il Martın 8-də dünya bir günlük sehirli bir nağıla bürünür, gül yağışına tutulur.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, ölkə qadınlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Azərbaycanda ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edir. Qafqazmedia.Az ailəsi olaraq, bu 4 milyon,999,1 nəfərlik mələklər ordusunu təbrik edirik.Bu mələklər bütün sahədə uğur qazanıb əl əxsusda təhsilimizin inkişafı sahəsində çalışan MƏTANƏT RÜSTƏMOVA VAHİD qızını 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirik .Mətanət Rüstəmova bu uzun həyat yolunun böyük bir qismini təhsilə həsr etmiş yüzlərlə körpə fidanların sevgisini qazandı. Müəllimənin ən böyük uğuru körpə fidanların həvəslə böyük şövqlə məktəbə getməsidir.Mətanət müəllimədə durmadan öz üzərində çalışır konfranslara qatılır elmi araşdırmalar aparır. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə 16 və 17 noyabr tarixlərində keçirilən “Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransı və 18 noyabr tarixində baş tutan konfrans sonrası “Master klass” seminarlarında bizim məktəbdən də heyət iştirak etdi. Həmin heyətin tərkibində 227 saylı məktəbin direktoru Sevinc Hüseynova, tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva, dil-ədəbiyyat müəllimi Aynurə Məmmədova, riyaziyyat müəllimi Kəmalə Orucova, ibtidai sinif müəllimləri: Gülnar Abdullayeva ,Xəyalə Əzizova ,Mətanət Rüstəmovada var idi. Dəyərli peşə sahibi müəlliməmiz Mətanət Rüstəmova sizi 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirik .(Bizdən bu yazını hazırlamağı rica edən sevimli şagirdiniz Amid Məmmədzadədir.)

Qafqazmedia.Az

Aygün Məmmədova

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

One thought on “Təhsilimizin inkişafı sahəsində çalışan bütün xanımları təbrik edirik”
  1. Hello I am so thrilled I found your website, I really found you
    by accident, whkle I was looking on Askjeeve for sometghing else, Regardless
    I amm here now and would just like to say thanks foor a tremendous post and a alll round
    enjoyable blog (I also love the theme/design), I don’t have time to go through it all
    at the minute but I have saverd it and also added your RSS feeds, so when I have
    time I will be back tto read more, Please do keep up the excellent work.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir