ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ

ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ "MƏRİZ" FİLMİ BAKI OSCARI MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

11.09.2015, 11:28 | 744 dəfə oxunulub. 12 14 16 18
ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ "MƏRİZ" FİLMİ BAKI OSCARI MÜKAFATINA LAYİQ GÖRÜLDÜAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı Oscar” qısametrajı film festivalı çərçivəsində 29-30-31 avqust, gənc rejissorlar bir araya gəldilər.Layihənin əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək , gələcəkdə özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaq və stimullaşdırmaqdan ibarətdir.İlk öncə, layihənin rəhbəri Bəylər Ağayev daha sonra gənc rejissor Elmar Məmmədov tədbiri açdı və bu layihə haqqında, məqsəd və vəzifələr haqqında geniş danışdı. O, bu layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti barəsində məlumat verib və şəxsən Fondun icraçı direktoru cənab Fərhad Hacıyevə öz təşəkkürünü bildirib. O, layihə çərçivəsində görüləcək işlər haqqında da məlumat verərək bildirdi ki, bir gənc rejissor kimi, Azərbaycan kinosunun inkişafında mühüm rol oynayacaq gənc rejissorını ətrafıma toplamışam və istəyirəm ki, bundan sonar da “film festivallarına” daha da çox yer verilsin.Festivala 30 film təqdim olunmuşdu.Layihənin 1-ci və 2-ci günü təqdim olunan filimlərə baxış olundu və gənc rejissorlar arasında gizli səs vermə nəticəsində finala 7 ən yaxşı film vəsiqə qazandı.Layihənin finalı Park Bulvarın vip sinema zalında baş tutdu.Festivalda olan müsüflər sırasında Azərbaycanın görkəmli və tanınmış rejissor və aktyorları yer almışdı :
1.Cavid Təvəkkül (kino rejissor)
2.Samir Kərimoğlu (kino rejissor)
3.Faiq Mirzəyev (Aktyor)
4.Qurban Məsimov (Teatr rejissoru və aktyor)
5.Rasim Cəfər (Teart və kino aktyoru)
Bundan əlavə festivala fəxri qonaq olaraq Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimovaya da iştirak edərək Baku Oskar film festivalında gənc rejissorlara dəstək oldu..
Festivalın sonunda müsüflərlə birgə layihənin nəticələri qiymətləndirilmiş, iştirakçılara diplomlar təqdim edilmişdir.
Baku Oskar Film festivalının qalibləri
1-ci yer. Elvin Abdullayev Məriz filmi

Filmdə bir uşağın gözü qarşısında ailəsinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən və uşaqda bundan sonra yaranan psixoloji problemlərdən bəhs edir.Filmdə xalq artisti Ramiz Novruz, əməkdar artist Aybəniz Haşımova, Səmimi Fərhad, Zarina Qurbanova, Ayxan Zayidzadə, Manaf Dadaşov, Əli Faiq çəkilib.
“Məriz” filminin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış rejissor Elvin Abdullayevdir.
Film Qarabağ şəhidlərinin xatirəsinə həsr edilib.
Onu da qeyd edək ki, bu gün Bakı Oskar Film festivalı çərçivəsində nümayiş etdirilən film 4 nominasiya üzrə - ən yaxşı aktyor Xəyal Salahov, ən yaxşı aktrisa Zarina Qurbanova, ən yaxşı operator Soltan Abdullayev və ən yaxşı film Elvin Abdullayev mükafata layiq görülüblər.

2-ci yer Elşən Əliyev Sükut filmi
3-cü yer Rəşad Qarayev Yetim filmi

Baku Oskar Filim Festivalında nominasiyalar üzrə qaliblər
1.Ən yaxşı ssenari Masər Həsənov Dünya biz sandığımızdan da gözəldi filmi.
2.Ən yaxşı aktyor Xəyal Salahov Məriz filmi
3.Ən yaxşı aktrisa Zarina Qurbanova Məriz filmi
4.Ən yaxşı operator Soltan Abdullayev Məriz filmi
5.Ən yaxşı bəstəkar Sevinc Tofiqqızı Yetim filmi
Sonda layihənin rəhbər Bəylər Ağayev və gənc rejissor Elmar Məmmədov
layihənin uğurlu keçdiyini və gənclər arasında böyük marağa səbəb olduğunu Bakı Oscarı 2 film festivalını keçirilməsi üçün layihə hazırladıqlarını bildiriblər.

Fotolar AzPESS.az saytına məxsusdur.

ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ "MƏRİZ" FİLMİ BAKI OSCARI MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ "MƏRİZ" FİLMİ BAKI OSCARI MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ "MƏRİZ" FİLMİ BAKI OSCARI MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ "MƏRİZ" FİLMİ BAKI OSCARI MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
ELVİN ABDULLAYEVİN ÇƏKDİYİ "MƏRİZ" FİLMİ BAKI OSCARI MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın