İradə Gülməmmədovanı çətin durumda qoyan Zakir Fərəcovun adamları

İradə Gülməmmədovanı çətin durumda qoyan Zakir Fərəcovun adamları

08.07.2018, 18:09 | 46 dəfə oxunulub. 12 14 16 18
Son günlərdə bəzi məmurlar və “işbazlar” Azərbaycanda vətəndaşılarını hakimiyyətdən narazı salmaq məqsədi ilə insanların torpaqlarının əlindən alınması, sadə vətəndaşların haqqı olduğu tikintilərin sökülməsi halları geniş vüsət almaqdadır. Ölkə prezidenti cənab İlham Əliyevin məmurların və məmur qohumlarının bucür özbaşınalıqlarının qarşısının almaq məqsədi ilə verdiyi tövsiyyə və sərəncamlara baxmayaraq bəziləri yenədə özlərinə “yığışmırlar”

İradə Gülməmmədovanı çətin durumda qoyan Zakir Fərəcovun adamları



Birneçə gün bundan öncə birneçə Qarabağ əlilləri və Xəzər rayonu Türkan qəsəbə sakinləri XəbərAl.az saytına müraciət edərək onların qanuni torpaqlarını Türkan şossesində yerləşən, “Cahargah” istirahət mərkəzinin ətrafı inzibati cəhətdən Xəzər rayonuna, lakin hüquqi cəhətdən Abşeron rayonuna məxsus 25 ha ərazini Abşeron şəhər eks icra başçısı və hal hazırda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumları tərəfindən qanunsuz şəkildə , heçbir sənət olmadan hasarlanma prosesi barədə geniş məlumat vermişdilər. Amma vətəndaş bildirmişdilər ki, həmin ərazi Xəzər rayon İcra hakimiyyətinin balansındadır. XəbərAl.az saytının sözü gedən məsələ ilə bağlı geniş yazısından sonra Xəzər rayon İcra hakimiyyətinin başçısının 1-ci müavini Vaqif müəllim bildirmişdir ki: “Bu ərazi Abşeron rayon İcra hakimiyyətinə məxsusdur. Vətəndaşların qanunsuz şəkildə əlindən alınan və gecə hasarlanmaya başlanılan torpaq sahəsi bizə yaxın olduğundan Xəzər rayon polis bölməsi dəfələrlə işi dayandırmağa çalışmış , sadəcə olaraq Abşeron şəhər İcra hakimiyyətinin yeri olduğundan bizim səlahiyyətimizdən kənarda qalmışdır”


Araşdırmamız zamanı bəlli oldu ki, həqiqətəndə bu ərazi Abşeron rayonun ərazisidir. Bizdə dərhal üz tutduq Abşeron şəhər İcra hakimiyyətinə. Abşeron rayon İcra hakimiyyətinin rəsmisi bizə bildirdiki: "İradə Gülməmmədova İcra başçısı təyin olunduqdan bugünə kimi heçbir qanunsuz torpaq satılmayıb. Biz çalışacağıq ki, cənab başçı ilə birgə bu məsələni araşdırıb hüquqi yolla həll edək"

Abşeron şəhər icra hakimiyyətinin rəsmisi icra başçısının adından bizə söz verməsinə baxmayaraq Sumqayıq şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından istifadə edərək , vətəndaşları intihara sürükləyənlər gördükləri işləri dahada sürətləndirərək gecələr hasarladıqları ərazi artıq 50 ha-nı keçmişdir. Doğrudanda başa düşə bilmirik; Abşeron şəhər icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın ya sözü keçmir , yadaki, Abşeronun söz sahibi yenədə Zakir Fərəcovdur. Sahibkarlara və Qarabağ əlillərinə məxsus 25 ha ərazini Hacı Qara adlı makler bucür hərəkətlərinə görə dəfələrlə həbsdə olmuş, indidə Abşeron rayon İcra hakimiyyətinin rəsmilərindən sayılan Anar və Rəşadla əlbir olub 47 dərəcə istidə insanları küçələrdə qoyublar. Vətəndaşlar onuda bildirirki, Türkan şossesində vətəndaşlara məxsus ərazidə aparılan qanunsuz şəkildə gecə hasarlamaları ilə bağlı işə nəzarət edənlərdən soruşandakı : “Siz kimsiniz? “ –“Biz Zakir Fərəcovun qohumlarıyıq , Prezident mühafizə xidməti idarəsinin rəisi General Bəylər Əyyubovun göstərişini icra edirik. “

Bucür haldan çıxılmaz vəziyyətdə qalan qanuni torpaq sahibləri və Abşeron şəhər İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova Zakir Fərəcovun və Bəylər Əyyubovun adı çəkildiyə görə heçbir qanuni addımlarını ata bilmirlər. Ancaq ümid qalıb cənab przitendimiz İlham Əliyevəki bəlkə vətəndaşlara məxsus 25 ha-lıq “dədə-baba” torpaqları məmur özbaşınalığına son qoyularaq özlərinə qaytarıla .

Araşdırmamız davam edir. Sözügedən məsələnin gedişatından daha geniş mütamadi yazılar verəcəyik.

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın