İbrahimov Rəsul bəyanat verdi

İbrahimov Rəsul bəyanat verdi

23.04.2018, 13:46 | 73 dəfə oxunulub. 12 14 16 18
Yazıb sizə bildirirəm ki, 2015 ci ildə mən daxil olmala 4 nəfər işə düzətmək məqsədilə bir şəxsə pul vermişdik. Bunların dələduz olduqlarını biləndə baş prokurora şikayət etdik. Bundan sonra Qaradağ Polis İdarəsi bizə yazdılar ki, dələduzlar tapılmır. Məlum oldu ki, onlardan pul alaraq sərbəst buraxıblar. 2017 ci il noyabr ayının 28-də Qaradağ Polis İdarəsinin kapitanı Ramin Mehdiyev məni şöbəyə dəvət edərək bildirki, sən şikayətlərinlə bizi bezdirmisən.
Və mən etiraz etdim ki, mən öz halal pulumu tələb edirəm. Ramin Mehdiyev isə üstümə qışqıraraq mənə hədə qorxu gəlməyə başladı.Sonar məni həbs edib, R.Mehdiyev oğlumu çağıraraq oğlumdan 10.000 manat pul istəyiblər ki, atan cinayət edib.Oğlum məni qurtarmaq üçün 7.000 manat sələmlə pul götürərək məni azad elətdirdi.
Sərbəst buraxılandan sonra R.Mehdiyev məni yenə çağıraraq dediki, gəl bu protokola qol çək, mən isə dedim ki, qol çəkmirəm məni 2 gün həbs etmisən halımyoxdur. Dedim həkim gətirin sonra qol çəkim. Yenə təhdid edərək qol çəkməsən səni yenə "basdıracam içəri qol çəkəcəksən" mənsə qorxumdan qol çəkdim.


İbrahimov Rəsul İbrahim oğlu
22 il Yeni Azərbaycan Partiyasının üzvü, Qafqaz Media İctimai Birliyinin əməkdaşı

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın