JURNALUSTİKANIN ADINA LƏKƏ OLAN ZURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLMƏLİDİR

JURNALUSTİKANIN ADINA LƏKƏ OLAN ZURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLMƏLİDİR

23.03.2018, 20:40 | 102 dəfə oxunulub. 12 14 16 18
JURNALUSTİKANIN ADINA LƏKƏ OLAN ZURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLMƏLİDİR




Bu günlərdə sözününün, qələminin vurğunu olduğum rəhmətlik şairimiz Nüsrət Kəsəmənlinin oğlu Pəşad Kəsəmənli haqqında bəzi jurnalist adına xələl olanlar tərəfindən düzgün olmayan məlumatlar yazılır. Rəşad Kəsəmənli ictimayyətdə tanına sima olmaqla yanaşı söz, sənət adamıdır. Bu gün sözə dəyər verməyən, amma hansısa sözü yazaraq şou yaradan və bu sözlə ucalmaq istəyənlərə üz tutub deyirəm. "SÖZ" Allahın yer üzünə bəxş etdiyi əmanətdir. Siz əmanətin nə olduğunu anlamayanlar elə Allahında bəlasına gələcəksiz. Şou yaradaraq ucalmaq istərkən yerin dibinə batacaqsınız.
Bir insan haqqında düzgün olmayan məlumatı yazmaq, onun şərəf ləyaqətini şübhə altına almaq təqqir etmək deməkdir. Məhz bunun üçün də savadınız çatmayan bu şərəfli sahədən uzaq durun. Sizlərin əksəriyyəti jurnalist deyil jurnalistdir.
Son zamanlar 5 ,10 tənqidlə və yaxud şantajla gündəmə gələnlər ilk öncə sizləri qanunu yolla başa salmağa çalışıram. Başa düşməyənlər qanun qarşısında cavab verməli olacaqlar. Son zamanlar Rəşad Kəsəmənli kimi, ictimayyətdə olan gənc jurnalist Nuranə Abdullayeva haqqında da bəzi ağzı göyçəklər istədikləri yanlış məlumatlar yayırlar. Hətta 102 xidmətinə müraciət edərək qara ləkə yaxmağa əl atdılar. Aydınlıq gətirdikdən sonra atılan iftiranın yalan olduğu ortaya çıxarıldı çox təssüf ki, Nuranə xanım o insandan şikayətçi olmadı. Buna baxmayaraq ətrafdakı insanların beyinlərini zəhərli düşüncələri ilə qarışdırmağa əl atanlarla mübarizəyə başlamağın zamanı çatdı. Artıq cəmiyyətə yararsız olan ünsürləri bu cəmiyyətdən qanuni şəkildə uzaqlaşdırmanin zamanı gəlib çatdı.
Rəşad Kəsəmənli kimi türk oğluna iftira atanlar, Nuranə Abdullayeva kimi öz işi ilə təmənnasız dövlətçiliyə xidmət edənlərə, qara yaxanların haqqında ölçü götürmənin zamanı çatıb.
Vətəndaş cəmiyyətində şəxsin şərəf və ləyaqətinin müdafiəsi ön plana çıxan məsələlərdəndir. Şərəf və ləyaqətin müdafiəsi sadəcə dövlətin insanların şəxsi həyatına müdaxiləsini qadağan etmir. Eyni zamanda, insanların bir-birinin şəxsi məsələlərinə müdaxiləsini, ona qarşı şər-böhtanı, təhqiri qəbul etmir.
Bu prinsiplər insanların təbii hüquqları kimi tanınır. İnsanın şərəfi və ləyaqəti hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilən şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz

Azərbaycanda da insanların şərəf və ləyaqətinin qorunması prinsipinə hörmətlə yanaşılır və bu məsələ bütün qanunvericilik sistemində gözlənilir. Konstitusiyaya əsasən, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququ var. Əsas qanunda bildirilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Konstitusiyada bildirilir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

İnsanın şərəfi və ləyaqəti bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur.
Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilən hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər.

Mülki Məcəllənin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi məsələlərini tənzimləyir. Məcəllədə qeyd edilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.

Onuda qeyd edim ki, artıq Azərbaycanda internetdə belə böhtan və təhqir edənlər cəzasız qalmayacaqlar. Sonra deməyin ki, heç xəbərimiz olmayıb. Amma jurnalist olsaydınız xəbəriniz olardı. Qeyri obyektivliyiniz tam ortadadır, obyektiv olan profesional jurnalist əks tərəfi dinlədikdən sonra fikir bildirir. Amma yenədə sizə son xəbərdarlığım olsun. Azərbaycanda internetdə böhtan və təhqirə görə cəza müəyyənləşdirilib.
Qeyd edək ki, CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
P.S. Belə düşünürəm ki, bu yazını oxuyan zurnalistlər atdıqları iftiraların nə ilə nəticələcəyini anlayaraq zamanında düz yola gələcəklər. Əks təqdirdə onların nə ilə qarşılaşacağı artıq bəllidir.

Almaz İlahə Əhmədova

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın