Marneuli şəhər meri Temur Abazov: “Marneulidə illərlə həllini tapmayan problemlər mərhələ-mərhələ öz həllini tapır”

Marneuli şəhər meri Temur Abazov: “Marneulidə illərlə həllini tapmayan problemlər mərhələ-mərhələ öz həllini tapır”

30.01.2018, 20:16 | 202 dəfə oxunulub. 12 14 16 18
Marneuli şəhər meri Temur Abazov: “Marneulidə illərlə həllini tapmayan problemlər mərhələ-mərhələ öz həllini tapır”
Marneuli şəhər meri Temur Abazov: “Marneulidə illərlə həllini tapmayan problemlər mərhələ-mərhələ öz həllini tapır”
Marneuli şəhər meri Temur Abazov: “Marneulidə illərlə həllini tapmayan problemlər mərhələ-mərhələ öz həllini tapır”
Marneulinin Böyük Muğanlı kəndində istirahət parkı istifadəyə verilib. Marneuli şəhər meri Temur Abazov, bələdiyyə sədri Amiran Qiorqadze, merin müavinləri Laşa Lobcanidze və Zaur Tabatadze ilə birlikdə Böyük Muğanlı kəndində yeni istifadəyə verilən istirahət parkına baxış keçiriblər. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, Marneulinin rəhbərləri yeni istirahət parkında kənd sakinləri ilə görüşərək onların istirahəti üçün həyata keçirilən yeni layihəyə münasibətin necə olduğunu öyrəniblər. Sakinlər Gürcüstan hökumətinə, Marneuli rəhbərliyinə yeni tikili üçün təşəkkür ediblər.

Sonra mer Temur Abazov kənd sakinlərini narahat edən mövcud problemlərlə də yaxından maraqlanıb.

Qeyd edək ki, Böyük Muğanlı kəndindəki yeni parkda üç ədəd çardaq tikilib, yollar abadlaşdırılıb, işıq lampaları quraşdırılıb və park ərazisinə yeni ağaclar əkilib.

Məlumata görə, istirahət parkında abadlıq işləri görmək üçün yerli büdcədən 37, 093 lari vəsait ayrılıb.

T. Abazov GAXA-ya açıqlamasında həyata keçirilən yeni layihələrin gedişinə nəzarət etdiyini bildirib: “Marneulidə müxtəlif infrastruktur layihələrin tikintisi davam edir. Bu, çox müsbət və sevindirici haldır. İllərlə həllini tapmayan problemlər mərhələ-mərhələ öz həllini tapır. Mən hansı kəndə gedirəmsə, ilk öncə sakinlərin istirahəti üçün yaradılan şəraitlə tanış oluram. Bildiyimə görə, kəndlərimizdə istirahət parkları çox azdır. Məhz buna görə də biz kəndlərdə uğurla həyata keçirilən sosial təyinatlı layihələrin sona çatmasına nəzarət edir və hər bir layihənin yerli sakinlərin ürəyincə olmasına çalışırıq”, - deyə mer vurğulayıb.

www.gaxa.ge

Xəbəri dərc etdi: Nizami Məmmədzadə
Rəy yazın