“İdeal” atçılıq klubu yaradılıb

“İdeal” atçılıq klubu yaradılıb

17.01.2018, 09:24 | 326 dəfə oxunulub. 12 14 16 18

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Samux rayonunda reallaşdırdığı “Çövkən at yarışlarının təşkili” layihəsinin icrasını yekunlaşdırıb.
İctimai Birlikdən qafqazmedia.az
“İdeal” atçılıq klubu yaradılıb
-a bildiriblər ki, layihə çərçivəsində Samux rayonu Karayeri qəsəbə 1 nömrəli orta məktəbin gəncləri arasında təşkil olunan təlimdə rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, məktəbin direktoru Bəsti Mahmudova, Samux rayon gənclər və idman idarəsinin rəis müavini Rasim İmamquliyev və layihənin təlimçisi Afərim Namazova gənclərə Qarabağ atları, eləcə də son illər ölkəmizdə atçılıq idmanı üzrə mötəbər beynəlxalq turnirlərin təşkili barədə məlumat veriblər. Gənclər milli atüstü oyunlarımız və digər yarışlar barədə də məlumatlandırılıblar.
Təlimdə gənclərə maarifləndirici vəsaitlər paylanılıb, diplomlar təqdim edilib.
Sonda iştirakçılar layihə çərçivəsində yaradılan “İdeal” atçılıq klubuna üzv olublar.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın