“Skalper”in həssas əhali qrupu ilə ilk psixoloji ünsiyyət görüşü olub

“Skalper”in həssas əhali qrupu ilə ilk psixoloji ünsiyyət görüşü olub

21.10.2017, 20:47 | 131 dəfə oxunulub. 12 14 16 18

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyinin “Özümüzə inanaq” - əhalinin həssas qrupları üçün psixoloji ünsiyyət görüşlərinin keçirilməsi” layihəsi üzrə ilk görüşü keçirilib.
L
“Skalper”in həssas əhali qrupu ilə ilk psixoloji ünsiyyət görüşü olub
ayihənin məqsədi əhalinin həssas qruplarına psixoloji yardım göstərmək, stress və gərginlik hallarını aradan qaldırmaq, özünə və həyata inam hissinin bərpası, sağlamlıqlarını qorumaq, psixoloji maarifləndirmə və pozitiv enerjili vətəndaş formalaşmasına çalışmaqdır.
Valideyn-müəllim Assosiasiyasının icraçı direktoru, layihənin eksperti Şahin Rəcəbov tədbiri açaraq iqlim və atmosfer dəyişikliyi, müxtəlif infeksion xəstəliklərin yayılması, münaqişəli ailələrdə münasibətlər sistemi, virtual həyat və canlı ünsiyyət problemi, uşaqların tərbiyəsindəki nöqsanlar və aqressivlik tendensiyası, televiziya verilişlərinin psixikaya təsiri, mənəvi dəyərlərə təsir edən yad ünsürlər və digər məsələlərlə əlaqədar psixoloji balansın pozulması problemlərinə toxunub. O, həmin problemlərin müzakirəsi, onlardan çıxış yolları, psixoloji sabitliyin və balansın qorunması üçün məsləhət və təkliflərin verilməsi, dialoq və psixoloji ünsiyyətin təşkili ilə əlaqədar həssas əhali qrupları ilə dörd görüş keçiriləcəyini bildirib.
Psixoloq Elnur Rüstəmov mövzu barədə məruzə edəndən sonra iştirakçıların suallarına cavablar verib, yığıncaqda iştirak edən pedaqoq və məktəb psixoloqları mövzu ilə əlaqədar fikirlərini söyləyiblər.
“Skalper” birliyinin sədri Səlim Əskərov orqanizmdə hər hansı problemin psixoloji vəziyyətə təsir etməsi, müxtəlif xəstəliklərin yaratdığı stress və gərginlikdən danışıb və sağlamlığın qorunması ilə əlaqədar məsləhətlər verib.
Təhsil İnstitutunun professoru Zəhra Muradova və S. Pişəvəri adına gimnaziyanın direktoru Xuraman Osmanova məktəbdə psixoloqların fəaliyyəti, bu sahəyə xüsusi diqqətin vacibliyi barədə fikirlərini bölüşüblər.




Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın