Gənc müğənni Rəvan Cəfərli – “ Ikimiz də “

Gənc müğənni Rəvan Cəfərli – “ Ikimiz də “

11.04.2018, 16:10 | 503 dəfə oxunulub. 12 14 16 18
Gənc müğənni Rəvan Cəfərli – “ Ikimiz də “
Gənc müğənni Rəvan Cəfərli – “ Ikimiz də “


Gənc müğənni Rəvan Cəfərli – “ Ikimiz də “


Ötən həftə bəstəkar Arif Səlimov Qafqazmedia.az saytında ən son yeniliklərindən danışdı.
2017 ci ildə sözləri Vaqif Əli musiqisi mənə məxsus olan “ İkimiz də “ mahnımı ifa edən çox istedadlı və gənc müğənni Revan Cəfərlinin ifasında olan bu mahnımıza nəhayət ki 2018 ci ildə klip çəkilişinə başladıq.
İnanıram ki,çox maraqlı yaradıcı bir iş olacaq.Rəvan musiqinin sirrlərini hələ usaq ikən gözəl ölməz sənətkarımız Arif Babyevdən, Nuriyyə Hüseynovadan ən əsası 2007ci ildə İmişlidə musiqi məktəbində gözəl xanəndə Vahid Əliyevdən muğamlarımızı öyrənib.Bu mahnımız İnşallah inanıram ki uğur qazanacaq hələlik bu klip barəsində ətraflı heçnə demək isdəmirəm və məncə yüz danışmaqdansa bir işi hazır edib sizlərin qarşısında gözəl şəkildə təqdim etmək daha məqsədəuyğundur.
Qafqazmedia.az saytına Rəvan Cəfərli sözü gedən mahnı ilə bağlı fikirlərini söylədi -
Mən xoşbəxtəm ki,bəstələrini bir çox xalq artistləri oxuyan istedadlı bəstəkar Arif Səlimovdan bir mahnı oxumaqda mənə nəsib oldu.Ötən həftə Arif bəy mənim haqqımda ətraflı açıqlama verib.
Rəvan bəy niyə məhz Arif Səlimovun “ Ikimiz də “ adlı mahnısına klip çəkdirməyi düşündüz ?
Əslində sözləri Vaqif Əliyə məxsus olan “ Ikimiz də “ şeirini oxuyanda çox təsirlənmişdim,Arif bəy bu musiqini mənim yanımda bəstələmişdi.Heç ağlıma gəlməzdi ki,sən demə bu mahnı mənim üçün bəstələnir.Sonsuz təşəkkürlərimi həm şairə həm bəstəkara həmdə mahnının aranjimanına görə Vüsal Ömərova bildirirəm.Ən böyük sevincim isə təsadüfən mənim ifamda bu mahnını eşidib təmənnasız olaraq bəlkə bu mahnıya klip çəkək deyə söyləyən gözəl insan həmdə öz işini bilən və öz işini sevən rejissor Elgün Seyidzadəyə dərin minnətdarlığımı bildirirəm.Klip barədə ətraflı məlumatı tezliklə klip çəkilişləri zamanı Qafqazmedia.az saytına bildirəcəm.
P.S. Bizdə Rəvan bəyə ilk işində uğurlar arzu edirik inanırıq ki,bəstəkar Arif Səlimovun bəstəsi bir çox müğənnilərə uğur gətirdiyi kimi sənədə uğur gətirəcək.
Qafqazmedia.az

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın