HƏKİM- YAZARLARIN YENİ YARADICILIQ TOPLUSU HAZIRLANIR

HƏKİM- YAZARLARIN YENİ YARADICILIQ TOPLUSU HAZIRLANIR

20.10.2017, 09:04 | 214 dəfə oxunulub. 12 14 16 18
HƏKİM- YAZARLARIN YENİ YARADICILIQ TOPLUSU HAZIRLANIR
HƏKİM- YAZARLARIN YENİ YARADICILIQ TOPLUSU HAZIRLANIR
HƏKİM- YAZARLARIN YENİ YARADICILIQ TOPLUSU HAZIRLANIR

Azərbaycan ədəbiyyatına, hətta dünya ədəbiyyatına öz töhfələrini verən həkim-yazarlarımız az olmayıb. Əlibəy Hüseynzadədən tutmuş Nəriman Nərimanova qədər, Abbas Səhhətə tutmuş çağdaş ədəbiyyatımızda öz dəsti-xətti olan neçə-neçə yazara kimi… Azərbaycan ədəbiyyatsevərlərini, el-obamızı həkim-yazarlarımızın həyat və yaradıcılığı ilə ətraflı tanış etmək məqsədi ilə «Həkimlərin söz dünyası» adı altında 2016-cı ildə çap olunan həkim-yazarların ilk poetik toplusu olan əvəzsiz, gözəl bir kitab oxucuların ixtiyarına verildi. Lakin müəyyən səbəblər üzündən çoxlu həkim-yazar bu topludan kənarda qaldı. Bütün həkim-yazarlarımızın həyat və yaradıcılığı ilə oxucuları tam halda tanış etmək məqsədi ilə yeni həkim-yazarların yaradıcılıq toplusunun tərtibatına başlanılıb. Lahiyənin təşəbbüskarı Afaq Şıxlıdır. Bütün həkim-yazarları bu layihədə iştirak etməyə çağırırıq. Dünyasını dəyişmiş yazarlarımızın yazılarının təqdim olunmasında yaxınlarının köməklik göstərmələrini xahiş edirik. Oxucularımızdan da köməklik gözləyirik. Öncədən bu işə kömək edənlərə öz dərin minnətdarlığımızı bildiririk.
Əminik ki, bu kitab Azərbaycan oxucularına, ədəbiyyatımıza böyük bir töhfə olacaq!..
Tərtibçilər tanınmış şairlər Əfrahim Hüseynli və Afaq Şıxlıdır

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın