Afrin döyüşçüləri üçün Zəfər Marşı

Afrin döyüşçüləri üçün Zəfər Marşı

13.03.2018, 00:51 | 167 dəfə oxunulub. 12 14 16 18
Afrin döyüşçüləri üçün Zəfər Marşı

Afrin döyüşçüləri üçün Zəfər Marşı
Türk Silahlı Qüvvətlərinin “Zetin Dalı” əməliyyatı – Afrin əməliyyatı zəfərlə davam edir. Bu mübarizə Türkiyənin öz təhlükəsizliyini və Suriyanın Afrin bölgəsində sivil xalqın təhlükəsizliyini qorumaq üçün terrorçularla apardığı bir mübarizədir. Bütün Türk dünyasından Türk ordusuna və Türk miillətinə dəstəklər gəlməkdə davam edir. Azərbaycandan olan gənc yazar Etibar Həsənzadə də Afrində döyüşən məhmədçiklərə dəstək olaraq Afrin döyüşçüləri üçün “Zəfər Marşı” yazmışdır. Etibar çox istəyir ki, bu marşı məhmədçiklərin dilindən eşitsin. Şeiri Daşkəsən şəh. İ. Nəsimi adına 1 saylı Tam Orta Məktəbin X sinif şagirdi Elnur Abbasov səsləndirib.
ZƏFƏR MARSI

Afrin səlnaməsin yazaq zəfərlə,
Tarixlər yazılsın zəfərimizlə.
Türk oğlu əyilməz yağı düşmənə,
Səs salaq aləmə şöhrətimizlə.

Düşmən əlimizdən dad-haray çəkər,
Rəşadət, şücaət, qeyrət bizimdir.
Düşmənin başına od-alov tökək,
Döyüş meydanında meydan bizimdir.

Türk oğlu düşməni silər Afrindən,
Afrində yüksələn bayraq bizimdir.
Düşmənə məhşəri göstərər Məhməd,
Şərəflə çəkilən adlar bizimdir.

Qiyamət qoparaq biz düşmənlərə.
Etibar qələbə nəğməsi yazsın.
Bizim qüdrətimiz dillərə dastan.
Ellər şənimizə dastanlar yazsın.
Etibar.


Xəbəri dərc etdi: Elgün Seyidzadə
Rəy yazın