Milli Mətbuat 141

Milli Mətbuat 141" Qafqaz Media Tv - VİDEO - TAM HİSSƏ

25.07.2016, 17:31 | 2450 dəfə oxunulub. 12 14 16 18
Milli Mətbuat 141" Qafqaz Media Tv - VİDEO - TAM HİSSƏ


141 il əvvəl bir təbiətşünas alimin “Əkinçi” qəzetini nəşr etməsi ilə Azərbaycanda milli mətbuatın əsası qoyuldu. İlk baxışda hər şey təcrübəsiz görünürdü, amma illər keçdikcə bu ilk qəzetin əsl jurnalistika məktəbi olduğu ortaya çıxdı. Elə ilk jurnalist etikası, jurnalist peşəkarlığı nümayiş etdirən, sosial yüklü yazıların getdiyi və ilk təbiətşünas alimdən ilk jurnalistə çevrilmiş Həsən bəy Zərdabinin dediyi kimi, “xalqının güzgüsü” olduğunu nümayiş etdirmiş qəzet “Əkinçi” idi. Müstəmləkə olmaq, siyasi və ideoloji asılılıq, senzura və digər fəlakətlər dəryası içində Azərbaycanda gizli və üstüörtülü yolla da olsa, olub-bitənləri çatdırmağın 141-ci ilini qeyd edirik. İllər keçdikcə yeni-yeni qəzetlər nəşr edildi. “Əkinçi”nin başladığı yol davam etdirildi, 1920-ci ildə informasiya agentliyi, 1926-cı ildə radio, 1956-cı ildə isə televiziya fəaliyyətə başlayaraq müasir KİV sistemi yarandı. Unutmaq olmaz ki, dünyanın hər bir yerində jurnalistika ən məsuliyyətli, ən ciddi, ən peşəkar olması gərəkən sahə sayılır. Azərbaycan mətbuatının təhlilinə dair bir çox tədqiqatlar aparılıb. Mətbuatşünaslığın elə mətbuatın yarandığı dövrdən başladığını nəzərə alsaq, milli mətbuatın 50 illiyi ilə bağlı Əlimərdan bəy Topçubaşovun “Azərbaycanın mayakı” məqaləsi, Firudin bəy Köçərlinin “Azərbaycan dövri mətbuatının qısa icmalı”, Çar Rusiyası dövründə Qafqazın ilk və son müsəlman senzoru olmuş Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatı tarixi üçün materiallar”ından müasir tədqiqat və təhlillərə kimi bu, davam edir. Bəs bu gün? 141 il sonra milli mətbuatın vəziyyəti necədir? Uğurlarla bərabər, qüsurlarla da dolu bir jurnalistika, ciddi təhlillər, araşdırmalardan publikaya oynayan xəbərlərlə dolu bir mətbuat.
Əsıində bizə dolğun xəbərləri çatdıran metbuatdır və hər il mətbuat nümayəndələri mükafatlandırılırlar. Ənənəsinə sadiq qalan QAFQAZMEDİA ib hər il olduğu kimi bu ildə FilizPalace şadlıq evində junalistləri bir araya topladı. İlk öncə Azərbaycanın dövlət himni səsləndi. Daha sonra QafqazMedia ib-nin sədri Hacı Azadə Taleh Abbasqızı tədbiri giriş sözü ilə açaraq gələn qonaqları salamladı. Elə ilk söz millət vəkili Qənirə xanım Paşayevaya verildi. Qənirə xanım öz nitqində Azərbaycan mətbuatının dünənindən bu günündən söz açaraq mətbuatımızın keşməkeşli həyat yolundan danışıb azda olsa reykert jurnalistika haqqında məlumat verdi. Çıxışdan sonra QafqazMedia ib-nin sədri millət vəkili Qənirə Paşayevanı "Xəmsə"diplomu ilə təltif etdi.
Bu ildə hər il olduğu kimi QafqazMedia ib 6 nominasiya üzrə media nümayəndələrini mükafatlandırırdı. İlk öncə "Qafqaz"nominasiyası üzrə xalq artistəri Valeh Kərimov, Gülyaz Məmmədova, "Ustad qələm sahibi"nominasiyası üzrə Məzahir Süleymanov, Knyaz Aslan, Rəşid Faxralı, Camal Zeynaloğlu, Füzuli Rüzigar, İkram Süleymanlı,Məhəmməd Məhəmmədov, Əvəz Zeynallı, " Ustad jurnalist" nominasiyası üzrə İmir Məmmədli, Kamil Məhərrəmoğlu, Rauf Rəcəbov, Nuranə Axundova,Müşfiq Borçalı, Gülşən Behbud, Mətanət Ağamirli, Kəmalə Mirzəyeva,Abdulla Qurbani, İbrahim İsgəndərov,Rauf İlyasoğlu, "Reytinqli jurnalist"nominasiyası üzrə Arzu Murad, Aliyə Əsədova,Samir Bağırov, Elvin Basqallı,Məlahət Qüdsi Zeynallı,Zümrüd Güləliqızı, "Peşəkar jurnalist"nominasiyası üzrə Bəturə Nəbiyeva, İmran Füzulioğlu, Anar Vəziroğlu, Anar Yanarsaat, "Cəsarətli qələm"nominasiyası üzrə Əsli Dilbazi, Səriyyə Dumanlı, Alar Alarlı"Xəmsə"nominasiyası üzrə Jalə Əliyeva, Musa Urud, Ramiz Duyğun, Əfrahim Hüseynli,Nazilə Gültac, Pərvin Abbaslı,Məmmədyar Məmmədyarlı, Tofiq Nurəli "Vicdanlı qələm"nominasiyası üzrə Taleh Hüseynov, Elgün Seyidzadə, Xanım Əhmədova,Əmrah Mehdiyev, Nəzakət Niftiyeva,İlahə Abdullayeva,Yeganə Bağırova,Habil Atayev və başqaları mükafatlandırıldılar. Ən əsası Rada Nəsibov və Zülfiyyə Məmmədova peşəkar aktrisa nominasiyası ilə QafqazMedia ib-nin sədri tərəfindən xüsusilə mükafatlandırıldılar. Tədbirin əsas iştirakçıları "İlin xeyriyyəçisi"nominasiyası ilə Prezidentin sinif yoldaşı Cavanşir Vahabov və Lida Əziz qızı Əhmədova oldular
Sonda milli mətbuatın 141 illiyini əks etdirən tort qonaqlar arasında kəsildi.
Qeyd edək ki, tədbirə Aqua Vita, Artline reklam şirkəti, Qönçələr gül salonu,Azpetrol,Nazifə qadin geyimləri,Çudo Peçka,Welcometravel,Röya şirniyyat evi sponsorluq edirdilər.



Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın