Şəhid Orxan Hümmətov Şəkidə torpağa tapşırılıb

Şəhid Orxan Hümmətov Şəkidə torpağa tapşırılıb

05.04.2016, 19:08 | 877 dəfə oxunulub. 12 14 16 18
Şəhid Orxan Hümmətov Şəkidə torpağa tapşırılıb
Şəhid Orxan Hümmətov Şəkidə torpağa tapşırılıb



Qoşunlarin təmas xəttində düşmən təxribatlarının qarşısını alarkən şücaət göstərərək şəhid olan Şəki rayon sakini, 1992-ci il təvəllüdlü gizir Orxan Hümmətov aprelin 5-də doğulduğu Kiş kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri, minlərlə Şəki sakini iştirak edib.
İzdihamlı mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhidin ailə üzvlərinə və yaxınlarına rayon ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, intiqam gününün yaxınlaşdığını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın işğaldan azad olunacağını bildirib.
Şəhid Orxan Hümmətov əsgərlərin yaylım atəşləri altında torpağa tapşırılıb. Mərasimə toplaşan şəkili gənclər, şəhidin dostları bir ağızdan “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirib, Kiş kəndinin igid oğlunun xatirəsinə ehtiramlarını bildiriblər.
Xatırladaq ki, 2011-ci ildə ordu sıralarına yola düşən Orxan Hümmətov 2012-ci ilin iyulunda hərbi xidməti başa vurub. Həmin ilin dekabrında yenidən cəbhə bölgəsindəki hərbi hissələrdən birində gizir rütbəsi ilə xidmətə başlayıb. Düşmənin son təxribatları nəticəsində Tərtər rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın