“Nəsimi ili” ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan olunub

“Nəsimi ili” ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan olunub

05.04.2019, 17:03 | 16 dəfə oxunulub. 12 14 16 18

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi bu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Fonddan qafqazmedia.az
“Nəsimi ili” ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan olunub
-a bildirilib ki, müsabiqənin məqsədi Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq bu mövzuda jurnalist araşdırmalarını və yazılarını stimullaşdırmaqdır.
Müsabiqə “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusuna həsr olunub.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalı və jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda, saytlarda yerləşdirilməlidir.
Yazıların qəbulu aprelin 8-dən iyunun 28-dəkdir.
Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat), III yer üçün 3 nəfər (500 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın