Nurəngiz Gün-80

Nurəngiz Gün-80

24.09.2018, 11:52 | 36 dəfə oxunulub. 12 14 16 18
Nurəngiz Gün -80

Azərbaycan Ədəbiyyatında öz dəsti xətti ilə seçilən,şeirləri ilə əsl insan qəlblərini duyğulandıran, sərbəst vəzində yazdığı əsərləri ilə xüsusi fərqlənən mərhum mənəvi anam Nurəngiz Gün-80 illik yubleyini Yasamal qəbirstanliğinda uyduğu məzarından başladıq.Azərbayan yazıçılar birliyinin sədri,Xalq yazıçısı Anar ve Nurəngiz xanımın ailə üzvləri, qələm dostları,əqidə yoldaşları,həmin tədbirdə iştirak edirdilər. Nurəngiz Günün qızı millət vəkili, professor Jalə Əliyeva danışdığı mövzuyla hamımızı kövrəltdi. Yayda qəbirtsanlıq işçilərinin Jalə xanıma telefon açaraq qəbr üstündə bir çiçəyin bitməsi haqqında ona məlumat veriblər. Jalə xanım oraya gəldiyində torpaqda bir ağ bənövşənin bittiyinin şahidi olub. Yadına isə Nurəngiz xanımın bir şeirində “ Köksün üstə bir ağ bənövşə bitəcək” sözləri düşüb və çox təsirlənib. Mən isə deyərdim ki, bu ağ bənövşə ruhunun yaşadığına bir işarədir. Azərbaycan Yazıçılar Birliyinin Natavan Kulubunda Nurəngiz Günün 80 illik yubileyinə həsrv olunmuş tədbirə giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəsul Məcid açtı və ilk sözü Azərbaycan Yazıçılar Birliyinin sədri dəyərli ziyalımız xalq yazıçısı Anar Rəsuloğluna verdi. Anar məllim Nurəngiz Gün haqqında ən xoş xatirələrini və onu heç bir yazıçıya bənzəmədiyini dilə gətidi. Sonra dəyərli Millət Vəkilimiz Qənirə Paşayeva, xalq şairi, AYB katibi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, QHT sədri Tənzilə Rüstəmxanlı,professor Akşin Babayev, alim Şərəf Cəlili, Nurəngiz xanıma “ Güllərin Soyqırımı” kitabını yazmışdır.
Şair Maşallah Məftun, Vektor nəşriyyatının prezidenti Elçin İsgəndərzadə, Kredo qazetinin baş redaktoru Əlirza Xəlfli, dəyərli yazıçımız İslam Sadıq və b. çıxış edərək Nurəngiz xanımın fərqli keyfiyyətlərindən danışdılar. Onun necə sadə, necə insanpərvər bir ziyalı olduğu haqqında geniş məlumat verdilər. Sonda Nurəngiz Günün şah əsəri olan ictimai xadim, millət vəkili professor gənclik illərimin ən sadiq dostlarından olan Jalə Əliyeva çıxış edərək başda Anar məllim olmaqla Nurəngiz xanımı anam hər kəsə təşəkkürünü bildirdi. Nurəngiz Gün haqqında xüsusi sayt yaratdığına görə Hüseyn Cavadzadəyə minnətdarlığını bildirdi. Nurəngiz Günün nəvəsi həkim Müjgan Onk nənəsinin bu günkü ağ göyərçin örpəyinə bürüyən insanların hər birinə təşəkkürünü bildirərək Nurəngiz Günü unutmadıqlarına görə hamıya təşəkkürünü bildirdi.

Hacı Azadə Hüseynova: XalqTv-in direktoru, Qafqaz Media İctimai Birliyini sədri, Prezident Təqaüdçüsü.
Nurəngiz Gün-80

Yol Gedirəm
Dodaqlarımda təbəssüm.
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm,yorulanadək.

Ovucumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir...varım-yoxum
Yol gedirəm,saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar , soyuq dəniz.
Qərib canla, bu tək cana, qerub çağı
Yol gdirəm, özləyib saralanadek.


Arxada sarp enişlər,
Çiynimdə Günəş tayasi,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm,yol olanadək.

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın