Yaşayan əfsanə və yaxud Cavidan zirvəsi

Yaşayan əfsanə və yaxud Cavidan zirvəsi

16.09.2018, 23:44 | 143 dəfə oxunulub. 12 14 16 18
Yaşayan əfsanə və yaxud Cavidan zirvəsi

Hər dəfə onu görəndə elə bilirəm ki, günəş doğulur, aləm işıqlanır, dünya nura qərq olur. Fikirləşirəm ki, nə xoşbəxt bir insandır bu insan. İlahi tərəfindən həm xarici gözəllik, həm daxili gözəllik, həm böyük istedad bəxş edilib bu insana. Söhbət şeirimizin yaşayan əfsanəsi, gənc ikən poeziyanın ən uca zirvəsini fəth etmiş Cavidandan gedir.
Mən bu insana vurğunam. Onunla bir araya gələndə, onun məclisində oturanda, onun əlini sıxanda xoşbəxt oluram. Çünki Cavidanın təbiəti bulaq qədər safdır, təmizdir, körpə qədər pakdır, günahsızdır. Cavidan həqiqətən möcüzədir, əfsanədir. Hər sözü hikmətdir Cavidanın. İstedadlı insanlar var ki, özündən sonra gələn nəslə yol açmaq yerinə, yolunu bağlayır. Amma Cavidan gənc istedadlara hər zaman əl tutur, onların yollarını açır. Çünki onun sənəti kimi şəxsiyyəti də böyükdür.
Mən onun şeirlərini hər zaman sevə-sevə oxuyuram, sevə-sevə dinləyirəm. Sözlərinə xeyli sayda mahnılar bəstələnib. Nuri Sərinləndirici, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Rəşidə Behbudova, Sevda və Elmira Ələkbərzadə bacıları, Zamiq, Nura Suri, Rəqsanə, İlhamə Qasımova, Xuraman Şuşalı, Xatun, Samir Bağırov və s. populyar estrada müğənniləri tərəfindən mahnıları ifa edilib və böyük sevgiylə qarşılanıb. Bu mahnılar dəfələrlə "V&V company" tərəfindən ilin mahnısı mükafatına layiq görülüb. Ssenarisi əsasında Mir Mövsüm ağanın həyatına həsr edilmiş "Ziyarətgah" adlı film çəkilib və İctimai televiziyada yayımlanıb. Xeyli sayda şeir kitabı, müəllif diskləri işıq üzü görüb. Şeirləri rus, ingilis, fars, gürcü və s. dillərə tərcümə edilib. Mən bununla əlbəttə ki, qürur duyuram. Qürur duyuram ki, mənim bu cür istedadlı bir dostum var.
Uğurların bol olsun, Cavidan! Sən yaşayan əfsanəsən, sən gənc şairlər içində poeziya zirvələrindən birisən. Sən Cavidansan!

Müəllif: Şamo Babayev

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın