AZƏRTAC-ın fotomüxbirinin işi Amerika Fotoqrafiya Cəmiyyətinin qızıl medalına layiq görülüb

AZƏRTAC-ın fotomüxbirinin işi Amerika Fotoqrafiya Cəmiyyətinin qızıl medalına layiq görülüb

12.09.2018, 02:20 | 7 dəfə oxunulub. 12 14 16 18

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyanın Neqotin şəhərində keçirilən “ADVENTURE 2018” beynəlxalq fotomüsabiqədə Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına layiq görülüb.
Qafqazmedia.az xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FİAP) və Amerika Fotoqrafiya Cəmiyyəti (PSA) tərəfindən keçirilən “ADVENTURE 2018” müsabiqəsinə dünyanın 46 ölkəsindən 148 iştirakçının 2570 işi təqdim edilib.
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun 25 il bundan əvvəl, 1993-cü ilin aprel ayında Murovdağ zirvəsində çəkdiyi “Etibarlılıq” adlı fotoşəkil PSA-nın qızıl medalına layiq görülüb. O vaxt Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində rayon sakinləri bu yollardan keçərək öz doğma yurdlarını tərk etməyə məcbur qalmışdı.
AZƏRTAC-ın fotomüxbirinin “İdman” nominasiyasına aid iki işi isə bu müsabiqədə PSA-nın Fəxri Lentinə və beynəlxalq “Global Photographic Union” təşkilatının mükafatına layiq görülüb.


Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın