Azərbaycanlı ifaçı Gürcüstanda keçirilən beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

Azərbaycanlı ifaçı Gürcüstanda keçirilən beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

12.09.2018, 02:17 | 8 dəfə oxunulub. 12 14 16 18
Azərbaycan təmsilçisi Emiliya Yaqubova Batumidə keçirilən “Böyük İpək Yolunda ulduzunu tap” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.
Qafqazmedia.az "Sputnik Georgia" saytına istinadla xəbər verir ki, üç turun nəticələrinə görə, Gürcüstandan Salome Mirianaşvili, Qazaxıstandan Miras Juqunusov və Azərbaycandan Emiliya Yaqubova hərəyə 285 bal toplayıb. Qalib püşkatma yolu ilə seçilib.
Qeyd edək ki, müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər İpək Yolu ölkələrinin gənc ifaçıları iştirak ediblər.

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın