“Müsəllah əsgərəm, mən də bu gündən!”

“Müsəllah əsgərəm, mən də bu gündən!”

26.08.2018, 10:00 | 24 dəfə oxunulub. 12 14 16 18

Avqustun 25-də Beynəlxalq Mətbuat Mərkəzində “Məhsəti” Qadın Şairlər Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş “Müsəlləh əsgərəm, mən də bu gündən!” adlı tədbir keçirilib.
İctimai Birliyin sədri Cəvahir Qaraqızı əsgərlərimizin şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söz açıb, onların ibrətamiz ömür yolunun gənc nəsil üçün əsl örnək olduğunu söyləyib.
Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, “Dünya Ana və Uşaq” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, şair-publisist Zərəngiz Qayalı və başqaları Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son vaxtlar Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü və bunun nəticəsində ordumuzun fəaliyyətinin qəhrəmanlıq səhifəsi olan Aprel döyüşləri ilə nəticələndiyini söyləyiblər.
Bildirilib ki, 2016-cı ilin 4 günlük Aprel döyüşləri ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrəti və yüksək döyüş ruhu qarşı tərəfə sübut olunub və düşmənə sarsıdıcı zərbə vurulub.
Çıxış edənlər müharibənin hələ də bitmədiyini, Azərbaycanın işğal edilmiş bütün torpaqlarının düşməndən azad ediləcəyi günün uzaqda olmadığını diqqətə çatdırıblar.
Tədbirdə məclis üzvləri Aprel döyüşlərində igidlik nümunəsi olan əsgər və zabitlərə həsr etdikləri şeirləri səsləndiriblər.
Bildirilib ki, öz qələmini süngüyə çevirən, dövri mətbuatda müharibə mövzusunda publisist və bədii yazılarla çıxış edən məclis üzvlərinin Aprel döyüşlərinə həsr olunmuş şeirlərindən ibarət “Müsəlləh əsgərəm, mən də bu gündən!” adlı toplu nəşr olunacaq.


Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın