Qəlbimin səsi işıq üzü gördü

Qəlbimin səsi işıq üzü gördü

10.08.2018, 22:41 | 23 dəfə oxunulub. 12 14 16 18
Qəlbimin səsi işıq üzü gördü
Bu günlərdə Bakıda fəaliyyət göstərən Atatürk Mərkəzində vətənpərvər şair Fəsih Alıoğlunun növbəti “Qəlbimin səsi” kitabının təqdimat mərasimi keçirilmişdir.

Ayrı-ayrı ictimai birliklərin, internet portallarının rəhbərlərinin, respublikanın tanınmış ziyalılarının iştirak ilə keçirilmiş tədbiri şair-publisist, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu açdı və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş istər Azərbaycan, istərsə də Türk soydaşlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Fəsih Alıoğlunun şəhid Bayram Məhəmməd oğlu Məmmədova həsr etdiyi şeiri oxuyan Rauf İlyasoğlu onun insani keyfiyyətlərindən, dürüstlüyündən, vətənpərvərliyindən danışaraq demişdir:

- Türkiyənin Batman bölgəsində doğulmuş, ömrünün 20 ilini Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına həsr etmiş, Heydər Əliyev Düşüncə Mərkəzinin təsisçisi və rəhbəri, “həm bakılı, batmanlıyam” - deyən istedadlı şair Fəsih Alıoğluyla bir çox tədbirlərdə, cəbhə bölgələrində, hərbi hissələrdə çıxışlar etmişik. Fəsih Alıoğlunun Azərbaycan dövlətinə məhəbbəti sonsuzdur.

“Ürəklərdə daim yaşa,

Sənə borcluyuq, öndərim”

- deyən Fəsih dahi şəxsiyyət Heydər Əliyevə şeirlər həsr etmişdir. Fəsih Alıoğlu yaradıcılığında 20 Yanvar faciəsi, Qarabağ mövzusu aparıcı yer tutur.

Kitabın redaktoru şair-publisist Kəmalə Rəhimli, on söz müəllifi BDU-nin rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadədir.

F.Alıoğlunun “İlhamla irəli, Azərbaycan!” şeiri gəncləri vətənpərvərliyə, birliyə, qələbəyə səsləyir.

Tədbirdə Rəssamlar İttifaqının nümayəndəsi, fəal ictimaiyyətçi Elnurə İsgəndərova, Mədəni İnkişafın Təbliği İctimai Birliyinin sədri Xatirə Fərəcli, sayt rəhbərlərindən Dünya xanım Əliyeva, Mir İsmayıl, Xələfli, şairə-jurnalist, “Azad qələm” qəzetinin təsisçisi və baş redaktoru Nəcibə İlkin, telerejissor Kəmalə xanım Mirzəyeva, həkim-şair Zakir Ağdamlı, İranın Zəncan şəhərindən gəlmiş şair Araz Dejban Zəncanlı, şəhid ailəsi, şairə Arzu Nehrəmli, Frover Dirivinq şirkətinin nümayəndəsi, menecer Elmira Hüseynova, Heydər Əliyev Düşüncə Mərkəzi Qadınlar Şurasının sədri, fəal ictimaiyyətçi şairə Mərcan Şahbuzlu, Nərimanov rayon Ağsaqqallar Şurasının özək sədri, şair Yədulla Ləkinli, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin məsul işçisi, qəzet redaktoru, jurnalist Məhəbbət Möhübbətqızı, Bakı milyonçusu Ağa Musa Nağıyevin nəvəsi, ictimai-siyasi xadim, prezident təqaüdçüsü Dirarə Ağamusa, ehtiyatda olan polkovnik, ictimai xadim, “Həkəri” qəzetinin fəxri heyətinin üzvü Surəddin Abdullayev və başqaları Fəsih Alıoğlunun vətənpərvərliyindən, insani keyfiyyətlərindən danışdılar, ona yeni-yeni uğurlar arzuladılar.

Sonra Rauf İlyasoğlu Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək İctimai Birliyinin sədri Nəzakət Həsənovanın imzasıyla yazılmış Fəxri diplomu Fəsih Alıoğluna təqdim etdi: Milli dövlətçiliyimizin inkişafında müstəsna xidmətlərinə, mövcud böhran vəziyyətində

Qarabağ müharibəsi iştirakçılarına, şəhid-qaçqın ailələrinə, imkansız insanlara təmənnasız olaraq göstərdiyi maddi-mənəvi yardımlara, çalışdığı sahədə yüksək təşkilatçılıq bacarığına görə “Şəhid ailələrinə maddi-mənəvi dəstək” İctimai Birliyi tərəfindən Fəsih Alıoğlu “İlin vətənpərvər şairi” Fəxri mükafata layiq görülmüşdür.

Sonra Fəsih Alıoğlu tədbir iştirakçılarına təşəkkürünü bildirdi və belə gözəl şərait yaradan akademik Nizami Cəfərov başda olmaqla Atatürk Mərkəzinin kollektivinə dərin minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkildi.

her biriniz sağolun var olun eziz dostlar.

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın