Ana Dünyası

Ana Dünyası

08.08.2018, 08:51 | 36 dəfə oxunulub. 12 14 16 18
Ana Dünyası

Qoşma

Günəşdən pay alıb,aydan nurlanıb,
Şirin bir nemətdir ana dünyası...
İstəyi,sevgisi dünyaya sığmaz,
Saf bir məhəbbətdir ana dünyası...

Dözümdən yaranıb sədaqətlidir,
Zəhmətkeş,qayğıkeş,həm şəfqətlidir.
Ömür yollarında cəsarətlidir,
Dərdlərə loğmandır ana dünyası...

Ömründən pay verər qəlbi yanana,
Canın fəda edər övladlarına.
Bənzəyər həyatın bir baharına,
Çeşmədir, ümmandır ana dünyası. ..

Azadə-Talehəm anayam özüm,
Dünya malında qalmayıb gözüm,
Analara bağlı söhbətim - sözüm,
Alınmaz qaladı ana dünyası...

Hacı Azadə-Taleh Abbasqızı
28.07.2018

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın