“YARAT” uşaqlar üçün yeni yay proqramı hazırlayıb

“YARAT” uşaqlar üçün yeni yay proqramı hazırlayıb

07.08.2018, 22:35 | 18 dəfə oxunulub. 12 14 16 18
“YARAT” uşaqlar üçün yeni yay proqramı hazırlayıb


Avqustun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları nənə-babaları ilə birlikdə “Camping and Gramping” yay düşərgəsinə qatılmağa dəvət edir.
Qafqazmedia.az xəbər verir ki, sözügedən proqram “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgiyə həsr olunur. Ustad dərslərin mövzusu “Xəyallar”dır və iştirakçılar öz xəyallar aləmini yaratmaq imkanı əldə edəcəklər.
Ustad dərslər istedadlı kuklaçı-rəssam Leyla Qabulova tərəfindən aparılacaq.
Sonda əsərlərin yekun sərgisi açılacaq.


Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın