Bakıda möhtəşəm fesival keçiriləcək

Bakıda möhtəşəm fesival keçiriləcək

10.05.2018, 15:26 | 1347 dəfə oxunulub. 12 14 16 18
Bakıda möhtəşəm fesival keçiriləcək



Bakıda növbəti böyük layihə keçirilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycanda bu günə qədər görülməyən, analoqu olmayan möhtəşəm "SUMMER FASHİON FESTİVAL-2018" adlı müsabiqə keçirilməsi planlaşdırılır. Müsabiqənin Bakının daha sonra isə xarici ölkələrdən birində keçirilməsi planlaşdırılır. Festival haqqında daha ətraflı məlumat almaq üçün təşkilatçılarla əlaqə yaratmağa çalışsaqda təəssüf ki, heç bir məlumat əldə edə bilmədik. Fəqət etibarlı mənbələrdən aldığımız məlumata əsasən festivalın iyul ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, festivalda Türkiyədən dəvət olunmuş model və təşkilatçılar, eləcədə Moskvada təcrübə keçmiş model-təşkilatçılarda iştirak edəcək. Türkiyə tərəfdən festivalı düzənləyən Aysu Toprak Sanderra QafqazMedia.az xəbərlər portalına bunları bildirdi:
"Bəli, Azərbaycanın paytaxtı Bakıda bu yay möhtəşəm bir festival keçirilməsi planlaşdırılır. Qeyd edim ki, bu festival öncə Azərbaycanda daha sonra isə Türkiyədə keçirilməsi nəzərdə tutulur. Artıq Azərbaycanda bu festivala Türkiyədən izinin alıb və ilk dəfə böyük təntənəli şou şəklində bir festival keçiriləcək. Yerli və eləcədə xarici medianın yer alacağı festivalda yarışacaq modellərlə bərabər, sənət adamlarınında iştirakı nəzərdə tutulub. Əlbəttə ki, festivala özünü model kimi sınamaq istəyən bəylər və xanımlar qatıla bilərlər."
Sonda qeyd edək ki, festival haqqında yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

Nuray Dəniz

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın