Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub

Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub

27.04.2018, 07:54 | 53 dəfə oxunulub. 12 14 16 18
Daşkənddə özbək dilində çıxan “Şərq yulduzi” jurnalında yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi dərc olunub.
Qafqazmedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, hekayəni orijinaldan şair və tərcüməçi Şəhla Qasımova çevirib.
Jurnalda oxuculara Firuz Mustafanın yaradıcılığı haqqında məlumat da verilir.
Şəhla Qasımovanın tərcüməsində indiyədək Daşkənddəki ədəbi qəzet və jurnallarında Azərbaycanın şair və yazıçılarının şer, hekayə və povestləri çap olunub, bir neçə kitab işıq üzü görüb.
Həmçinin Şəhla Qasımovanın tərcüməsində Firuz Mustafanın povest və hekayələr kitabı nəşriyyata təqdim olunub.Firuz Mustafa Azərbaycanın təkrarolunmaz yazarlarındandır.
Firuz Mustafaya uğurlar diləyirik.
Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub


Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın