Aygün Məmmədova:

Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"

26.04.2018, 03:21 | 808 dəfə oxunulub. 12 14 16 18
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"



Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə sənət adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim sənətkarlar haqqında anlayışımıza yeni bir məna gətirir. Sənətkar bir sənət ömrünə bərabərdir. Elə müsahibimdə sənətinin zirvələrində olanlardandır. Əslən Azərbaycanlı olmasına baxmayaraq okenaın o tayında yaşayan müsahibim öz sənəti ilə doğulub boya başa çatdığı Azərbaycanını layiqincə tanıdır. Məhz QafqazMedia.az saytının ürəyi vətən sevgisi ilə dolu olan müsahibim Kanadada yaşayan sənətçi Aygün Məmmədovadır.
-Salam Aygün xanım necəsiniz?
-Təşəkkür edirəm çox sağ olun.
-Aygün Məmmədova kimdir? Oxucularımıza özü haqqında məlumat versə pis olmazdı.
-Çox sağ olun. Mən Aygün Məmmədova, Mingəçevirdə doğulmuşam və ilk dəfə 4 yaşında çıxış etmişəm. Məhz ilk dəfə baxçada çıxış edəndən sonra artıq sənətə doğru yolum açıldı.
-SƏnət sizə nə verdi?
-Sənət mənə hərşey verdi. Məhz sənətim sahəsində həyat yoldaşımla tanış olmuşam.
-Deməli?....
-Bəli, ailəliyəm. İki övladım var. Oğlum Kamran, qızım Sofiya.
-Bəs ilk böyük çıxışınız?
-İlk böyük çıxışım Berlində olub.
-Maraqlıdır şou biznes sizi qane edir?
-Yox.
-Yox deyərkən?
-Buranın şou biznesi məni qane etmir.
-Xaricdə və burada olan şou biznes arasında nə kimi fərq var?
-Çox böyük fərq var inanırsınız? Məsələn burada sənətçiyə dəstək yoxdur, konfliktlər olur. Amma xaricdə tam əksinə sənətə dəyər verilir.
-Hansı janrda oxuyursunuz?
-Bütün janrlarda. Muğamı bitirmişəm, daha sonra vokala getmişəm. Məhz Lalə xanım Rəhimovanın üç tələbəsindən biriyəm. Sevda Ələkbərzadə, Samirə Allahverdi kimi sənətçilərin təhsil aldığı müəssisədə dərs keçmişəm. Əlbəttə təvazökarlıq çıxmasın Sevda Ələkbərzadə və Samirə Allahverdi bir kurs məndən aşağıda dərs alırdılar.
-Yəni....
-Bilirsinizmi necədir, mən sənətçiyəm və sənətçi olaraq formalaşmışam. Çünki bu gün Aygün Məmmədova Azərbaycan mədəniyyətini Qərbdə layiqincə təmsil edir. Öz milli musiqilərini yaşadır və tanıdır.
-Məsələn.
-Sadəcə buna sübut "Sarı gəlin" mahnısıdır.
-Geriyə baxanda nəyə heyfslənirsiniz?
-Yalnız bir şeyə. Qərbdə yaşasam elə Vətənim üçün darıxıram.
-Bəs musiqi?
-Musiqi mənim ikinci həyat yoldaşımdır. Mən musiqi ilə yaşayıram.
-Bəs davamçınız necə?
-Tələbələrim var. Ailəmdə isə yox.
-Sadəliyiniz səmimiliyiniz sizi aldatmayıb?
-Ara-sıra olur. (gülərək) Əslində kinli deyiləm.
-Maraqlıdır, bəs Aygün xanım indi nə içlər görür?
_Yeni mahnılar üzərində durmadan çalışıram. Çünki Qərbdə buna təlabat var.
-Bu sənətdə həyat yoldaşınız sizə dəstəkdir?
-Əlbəttə.llk dinləyicim odur.
-Nəyə bağlısız?
-Ailəmə, sənətimə və dəyər verdiyim təmiz dostlara.
-Bəs geyimlər?
-Hal-hazırda Azəraycandayam və gözəl bir modelyer xanımla tanış olmuşam. Saida xanım mənə gözəl libaslar tikir və buna çox şadam.
-Kimləri dinləyirsiniz?
-Sevda Ələkbərzadə, Samira, Röya, Flora Kərimova və sairə.
-Sonda bizə sözünüz.
-Təşəkkür edirəm. Var olun, Aydın bəy.

Aydın Ulusoy



Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"


Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın