Anar müəllim Yubileyiniz mübarək Yaxşı ki,Varsınız.

Anar müəllim Yubileyiniz mübarək Yaxşı ki,Varsınız.

13.03.2018, 22:50 | 246 dəfə oxunulub. 12 14 16 18
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri

Anar Rəsul oğlu Rzayev

Təxəllüsü
Anar
Doğum tarixi
14 mart 1938 (80 yaş)
Doğum yeri
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR Bakı
Atası
Rəsul Rza
Anası
Nigar Rəfibəyli
Həyat yoldaşı
Zemfira Səfərova
Uşağı
Günel Anarqızı-Tural Rzayev
Milliyyəti
azərbaycanlı
Təhsili
Bakı Dövlət Universiteti
Fəaliyyəti
şair,dramaturq,ssenarist,tərcüməçi
Əsərlərinin dili
azərbaycanca
İlk əsəri
«Keçən ilin son gecəsi» «Bayram həsrətində» (1960)
Mükafatları
Əməkdar İncəsənət Xadimi
Xalq yazıçısı
Heydər Əliyev Mükafatı
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
"Şöhrət" ordeni "İstiqlal" ordeni"Şərəf" ordeniAzərbaycan SSR dövlət mükafatı
http://www.anar.az
Mündəricat
Ailəsi Redaktə
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.

1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.

Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.

1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

Həyatı Redaktə
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.

Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Fəaliyyəti Redaktə
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

Anar və Ziya Bünyadov
1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.

Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib

Mükafatları
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR əməkdar incəsənət xadimi
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR Dövlət mükafatı
Flag of Azerbaijan.svg Azərbaycan Respublikasının Xalq şairi
Flag of Azerbaijan.svg"İstiqlal" ordeni
Flag of Azerbaijan.svg"Şöhrət" ordeni
Flag of Azerbaijan.svg"Şərəf" ordeni
Flag of Azerbaijan.svg Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Flag of Azerbaijan.svg "Heydər Əliyev Mükafatı"
Flag of Azerbaijan.svg "Humay" mükafatı
Flag of Azerbaijan.svg Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Əsərləri
Ağ liman
Ömür yolu. Yaradıcılığı
Beşmərtəbəli evin altıncı mərtəbəsi
Əlaqə
Vahimə
Yaxşı padşahın nağılı
Otel otağı
Mütləq görüşərik
Qırmızı "Limuzin"
Gürcü familyası
Dantenin yubileyi
Şəhərin yay günləri
Təhminə və Zaur
Mən, sən, o və telefon
Macal
Sizsiz
Ağ qoç, Qara qoç

Anar müəllim 80 İllik Yubileyiniz mübarək.
Yaxşı ki,varsınız!
Hacı Azadə-Taleh Abbasqızı
AYB-nın üzvü

.
Anar müəllim Yubileyiniz mübarək Yaxşı ki,Varsınız.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın