Ahmet Fazıl Aksoy: İbrahim Səfi qazandığı pulların böyük bir qismini xeyriyyə fondlarına bağışlayırdı.

Ahmet Fazıl Aksoy: İbrahim Səfi qazandığı pulların böyük bir qismini xeyriyyə fondlarına bağışlayırdı.

21.02.2018, 19:45 | 274 dəfə oxunulub. 12 14 16 18
İbrahim Səfinin tələbəsi rəssam Ahmet Fazıl Aksoy sənətkar haqqıda xatirələrini bölüşür.


Dəyərli ustam İbrahim Səfini 1970-ci illərin sonunda tanımışam. O zaman rəssamlıq sənətində ilk illərim idi. İbrahim Səfi dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulu öz sənət əsərlərində qarış-qarış əks etdirən və yaşam tərzini öz sənət əsərlərinə daxil edən böyük sənətkarımız idi. Türk xalqı tərəfindən çox sevilirdi. Mən də onun sayəsində mənzərə kateqoriyasına aid olan rəsm əsərlərini sevməyə başlamışdım. Zaman-zaman onunla əsərlər haqqında söhbətlərimiz olurdu. Açıq havanı çox sevirdi. Mükəmməl təhsil və illərin təcrübəsindən sonra əli çox əlverişli olmuşdu. Rənglərə çox bağlı olan insan idi, öz daxili aləmi də rəngli idi. Vətənə qarşı möhkəm məhəbbətə və zəngin ruha malik insan idi. İbrahim Səfinin son sərgisindən bir əsərini götürmüşdüm və dəyərli sənətkar vəfat edəndən sonra satışda olan çox saylı əsərlərini əldə etmişəm. Bu zamana qədər də bəzi əsərlərini evimdə çox böyük zövq ilə izləyirəm. Türk musiqi bəstəkarları portretlərindən ibarət bəzi əsərlərini "Türk musiqi konservatoriyası"na hədiyyə edib orada İbrahim Səfinin kiçik bir muzeyini təşkil etmişik.
Ahmet Fazıl Aksoy: İbrahim Səfi qazandığı pulların böyük bir qismini xeyriyyə fondlarına bağışlayırdı.
Geniş qəlbli sənətkarımız İbrahim Səfinin sərgilərdən sonra qazandığı pulların böyük bir qismini xeyriyyə fondlarına bağışladığını bilirdim. Sənətə bağlı olan adam idi, hər bir əsərini yaşayıb yaratdığından hər əsərinin öz xatirəsi olurdu. Öz əsərlərinə sanki möcüzəvi istedadı sayəsində həyat verirdi. Ömrünün son günlərinədək öz işini davam etdirirdi və heç vaxt öz sənətindən ayrı qalmırdı.

Orxan Musayev

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın