Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib

Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib

10.12.2017, 22:14 | 477 dəfə oxunulub. 12 14 16 18
Bu gün Azərbaycan Atatürk Mərkəzində Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan əsilli jurnalist (savaş müxbiri, redaktor) Fransada türk filim festivalının qurucusu Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov tədbirin zəruriliyini qeyd edib. O, Leyla Vəkillinin atası Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısulatan bəy Vəkilov Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki fəaliyyəti haqqında məlumat verərək, onun mühacirət etməsinin səbəblərindən danışıb.

Təşkilatçı mərkəzin sədr müavini Könül Quliyeva Leyla Vəkillinin fəaliyyəti barədə məruzə ilə çıxış edib. Leyla Vəkillinin fəaliyyətini əks elətdirən video-foto süjet iştirakçılara təqdim edilib.

Sonra Leyla Vəkilli barəsində Millət vəkilləri, ziyalılar, ictimai-siyasi xadimlər çıxış ediblər.

Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
Azərbaycan əsilli jurnalist Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib












Leyla Vəkilli 1932-ci il tarixdə Parisdə doğulub. Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvan Gimnaziyasında aldıqdan sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub.

Sonra Həsənalısultan bəy Vəkilov Fransanın paytaxtı Paris şəhərinə köçüb. 1932-ci ildə Leyla Həsanalısultan bəy qızı Vəkilli Parisdə dünyaya gəlib. Sonra yenidən Türkiyəyə İstanbul şəhərinə köçüblər. Leyla Vəkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sonra Fransaya gələrək Sarbona Universitetini sosialogiya fakultəsini bitirb. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb. Jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində olub. O, savaş müxbiri kimi Afrika, Latın Amerikası, Fələstin, Nikaraqua və Əlcəzairdən reportajlar hazırlayıb. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Filim Festivalının qurucusu olub.

Fransada iyirmi min tirajla çap olunan DEFİ (Çağrış) jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə Bodurumun Muğla şəhərinin, Türkbükü bölgəsinə köçüb. 26 noyabr 2017-ci il tarixdə dünyasını dəyişib.


Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın