Uzun illərdir ki, hər il 24 apreldə bütün dünyada yaşayan ermənilər

Uzun illərdir ki, hər il 24 apreldə bütün dünyada yaşayan ermənilər "Erməni soyqırımı" nın ildönümünü qeyd edirlər.

24.04.2018, 14:08 | 273 dəfə oxunulub. 12 14 16 18
Uzun illərdir ki, hər il 24 apreldə bütün dünyada yaşayan ermənilər "Erməni soyqırımı" nın ildönümünü qeyd edirlər.
Uzun illərdir ki, hər il 24 apreldə bütün dünyada yaşayan ermənilər "Erməni soyqırımı" nın ildönümünü qeyd edirlər.


Onlar yürüşlər, konfranslar keçirir, sonra da Türkiyə bayrağını oda verirlər (qeyd edək ki, 1915-ci ildə müasir Türkiyə Cumhuriyyəti mövcud olmamışdır).
Yüz il ərzində erməni diasporu tərəfindən ABŞ və Qərbi Avropa ölkələrində "soyqırım sənayesi" yaradılıb. Çoxsaylı təşkilatlar, qurumlar, liqalar, fondlar və "elmi mərkəzlər" dünyaya yalan dolu "erməni soyqırımı" haqqında "həqiqəti" çatdırmaqla məşğuldur.
Bunun üçün onlar daim kitablar nəşr etdirir, konfranslar və görüşlər təşkil edir, filmlər çəkir və NƏŞRLƏRLƏ fəal çalışırlar.
Ermənistan müstəqil olandan sonra "soyqırım sənayesi" bu ölkədə genişlənmiş və dərin köklər salmışdır.
Soyqırım faktoru dünyadakı erməniləri birləşdirən ən mühüm amildir. Ermənilər üçün 1915 hadisələri təkcə faciə və ya "soyqırımı" deyil, bu onların dünəni, bu günü və sabahıdır. Bütün dünyada sözdə soyqırımın tanıdılması və qəbulu ermənilər üçün artıq nəsildən nəslə ötürülən ən vacib məsələyə çevrilib.

- 1915 hadisələrinin dünyada “Soyqırım” kimi tanıdılması Ermənistana və ermənilərə nə verəcək?
Ermənilər Türklərdən güya intiqam almaq, Türk millətini soyqırımçı göstərmək məqsədilə yalanlarını qəbul etdirməyə çalışırlar. Eyni zamanda, ABŞ yaşayan bəzi erməni dairələrinin Türklərdən təzminat alma xəyalları arxasınca qaçdıqları açıqca anlaşılır. Mən bu davranışı kin və nifrət xəstəliyi olaraq şərh edirəm. Bu xəstəlik yeni nəsillərə yoluxmaqda, onların gələcəyini qaraltmaqdadır.
- Sizcə, Ermənilərin "sözdə soyqırım" iddialarının məqsədi nədir"?
Erməni kilsəsi və Erməni siyasətçilər sözdə soyqırım iddialarını davam etdirərək dini və siyasi qrant əldə edirlər. Belə ki, 1990-cı illərdə Erməni mənşəli Fransız siyasətçi “Soyqırım iddiaları davam etməsə heç kəs məni millət vəkili seçmir” deyə, etiraf etmişdir. Ermənilərin, Türklərin 1.5 milyon ermənini qətlə yetirdi iddiası böyük bir yalandır. 1915 və 1916-cı illərdə düşmən işğalına qarşı müstəqillik mübarizəsi verən və dörd cəbhədə vuruşan Türklərin Erməniləri qırması doğru ola bilməz. Əslində, əsgərliyə getməyən Ermənilərin dinc əhalini qətlə yetirdiyini, həmçinin Vanda yüz minlərlə Türkü vəhşicəsinə öldürdüyünü tarixçilər yazmaqdadırlar.
Toplu məzarlar, bütün soyqırımı və qətliamların faciəli bir rəmzidir. Dünya bunu II. Dünya Müharibəsi zamanı Avropada, 1990-cı illərdə isə, Bosniya-Herseqovina və Ruandada gördü. Erməni soyqırımı tezisini müdafiə edənlər, istər Türkiyə daxilində, istərsə də Suriyada bir dənə də Ermənilərin basdırıldığı kütləvi məzar göstərsin. O necə soyqırım ki, qurbanların toplu məzarları yoxdur?!

- Bu mənada, bəs necə oldu da "Türklər 1915-16-cı illərdə, o zamanın şərtlərində bir neçə cəbhədə döyüşərkən, silah sursat baxımından ciddi sıxıntı yaşadığı zamanda 1,5-2 milyon Erməni qətlə yetirdi" və bunların heç birinin kütləvi məzarı yoxdur. Soyqırımı var deyənlər görəsən, buna nə deməlidirlər?!

1915 və 1916-cı illərdə Türkiyədə Ermənilərə aid toplu məzarlar yoxdur, amma Türklərə aid çox sayıda kütləvi məzar tapılıb. 1915-ci il hadisələri zamanı hadisə törədən Ermənilərin Osmanlı İmperatorluğu torpaqları içində olan Suriyaya köçü zamanı yolda Ermənilərdən can itkisi olmuşdur.
Əslində, müxtəlif ölkələrdə ortaya çıxarılan toplu məzarlara Erməni dəstələri tərəfindən qətlə yetirilən Azərbaycan Türklərinə aid Qubadakı toplu mezarlağı da əlavə etmək lazımdır.
Müsahib: Hulusi Kılıç TÜRKİYƏ CÜMHURİYYƏTİ MOLDOVA SƏFİRİ

Müsahibəni hazırladı: Ülkər Piriyeva ( Qafqaz Media.az Türkiyə nümayəndəsi)
ANKARA

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın