"QafqazMedia İB"nin sədri Prezidenti təbrik etdi

12.04.2018, 03:28 | 109 dəfə oxunulub. 12 14 16 18
"QafqazMedia İB"nin sədri Prezidenti təbrik etdi



Ulu Öndər Heydər Əliyevin bütün uğurların fövqündə duran məslək, milli ideya və qüdrətli məfkurə-azərbaycançılıq ideologiyası - milli-mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlərin rəhni baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olmuş və Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Vaxtilə “Bizim üçün bir tarixi amil-azərbaycançılıq ideologiyası var” deyən Ulu Öndər Heydər Əliyevin qənaətincə, bu, Azərbaycan insanının dövlətçilik düşüncəsinin əsasını təşkil edən milli, mənəvi, mədəni, ədəbi, tarixi, siyasi, iqtisadi dəyərlər sisteminin ümumiləşdirilmiş məcmusudur. Ulu Öndər “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Öz siyasi varisinin siyasi və mənəvi keyfiyyətləri haqqında müdrik sözlər deyən Ulu Öndər, onun bütün sahələrdə olduğu kimi, Azərbaycançılığın inkişafında da cənab İlham Əliyevin uğurlara imza atacağını qətiyyətlə bildirirdi.

“Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

(Dərin hörmətlə, Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, 1 oktyabr 2003-cü il).

Planetar təfəkkürlü siyasi lider cənab İlham Əliyevi yeni dövrün dövlət başçısı kimi səciyyələndirən akademik Ramiz Mehdiyev yazır: “İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, O, fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasətçi gərəkdir. Çünki alman dəqiqliyini və məsuliyyətini azərbaycanlıların açıqlığı, səmimiliyi və dini dözümlülülüyü ilə birləşdirməyə Azərbaycanın ehtiyacı var. Bütün bunlar səmərəli işləməyi, qayda-qanunu bərqərar etməyi və hələ bir çox həll edilməmiş problemləri olan ölkədə müasir dövlət və cəmiyyət qurmağı öyrənməyə imkan verəcəkdir.

İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərini istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy edilmiş yoldur. Zəif cəmiyyətdə malik güclü demokratik dövlət ola bilməz. Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyəti isə mükəmməl həyatı qoruya bilər.

“Güclü dövlət” və “dövlətin modernləşdirilməsi” - İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi, bax, bunlardır. Bunlara, məsələn, Prezident İlham Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşdırılmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə etmək olar”.

Gənc dövlət başçısı Ulu Öndərdən əxz etdiyi bu keyfiyyətlər sayəsində anladı ki, azərbayançılıq varislik yolu ilə qədim dövrlərdən müasir dövrə gəlib çatması Azərbaycan xalqının milli-mənəvi dəyərləri üzərində bərqərar olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəvi vəhdət şəklində əks etdirir.

İlham Əliyevin siyasi varis kimi əsas keyfiyyətləri diqqəti cəlb edir. Heydər Əliyev məktəbinin ləyaqətli yetirməsi İlham Əliyev ağlı, idrakı, mənliyi, tolerantlığı, humanistliyi, təşkilatçılığı vətənpərvərliyi özünə böyük nüfuz qazandırmışdır.

Artıq Azərbaycan cəmiyyəti İlham Əliyevi vətənpərvər bir insan kimi, həqiqi vətəndaş kimi, güclü bir siyasətçi kimi gələcəyin lideri hesab edir. Təsadüfi deyildir ki, İlham Əliyev barədə formalaşan fikirlərində və rəylərdə də onun həqiqi cəmiyyət adamı olması, insanları öz arxasınca aparmaq qabiliyyətinə malik olması haqqında realıqlar ifadə olunur. Bu keyfiyyətlər İlham Əliyev şəxsiyyətinin varisliyi barədə fikir və mülahizələri bir daha konkretləşdirir, dəqiqləşdirir və dərinləşdirir. Politoloq Azər Şahsuvaroğlu haqlı olaraq yazır ki, “... artıq Prezident Heydər Əliyev kursunu davam etdirəcək vətənpərvər gənc qüvvələr formalaşmışdır və heç şübhəsiz, onların lideri cəmiyyətdə praqmatik və yenilikçi imici qazanmış siyasi proseslərə qlobal yanaşan millət vəkili İlham Əliyevdir. Onun qısa zaman ərzində fəaliyyətinə nəzər salsaq, əmin ola bilərik ki, gələcək siyasi perspektivlərdə İlham Əliyev ölkənin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymaq və milli dəyərlərinə sıx bağlı olan müasir Azərbaycanın inkişaf prosesinə təkan verərək, onu davam etdirmək gücündədir.” Milli Məclisin deputatı Vaqif İbadullayev İlham Əliyevin ictimaiyyətdəki böyük nüfuzunu və siyasət aləmindəki böyük nailiyyətlərini qiymətləndirərək, yazır ki, “İlham Əliyevin xarizmatik potensialını iqtisadi çərçivələrlə məhdudlaşdırmaq düzgün olmazdı. O, həm də Azərbaycanın ən yeni siyasi tarixinin aparıcı simalarından biri olduğunu sübut etmişdir. Onun Yeni Azərbaycan Partiyasının sosial dayaqlarının möhkəmləndirilməsində stimullaşdırıcı amil funksiyasını yerinə yetirən siyasi imici bunu qətiyyətlə söyləməyə əsas verir ki, İlham Əliyev müasir Azərbaycan siyasətində özünəməxsus yeri olan nadir siyasət adamlarından biridir.”

M.Yusifovun qeyd etdiyi kimi: “İlham Əliyev bütün mənəvi, intellektual, humanist, ümumbəşəri keyfiyyətlərinə görə, özündə azərbaycançılığın nümunəvi obrazını yaratdığına görə, Azərbaycan cəmiyyətində özününə ümumxalq məhəbbəti qazandığına görə varislik haqqı daşımağa daha artıq layiqdir.” Nizami Xudiyev İlham Əliyevin Heydər Əliyev məktəbində həqiqi bir siyasətçi, məharətli bir diplomat kimi yetişməkdə varislik haqqı qazanması barədə öz fikirlərini belə ifadə edir: “Sevindirici hal odur ki, ümummilli sabahlarımızın layiqli lideri kimi yetişən İlham Əliyev bütün sahələrdə - siyasətdə, diplomatiyada, dövlətçilik səriştəsində olduğu kimi, canlı nitqlərində də atası Heydər Əliyevin layiqli davamçısı, həqiqi varisidir... Bir daha qeyd etmək istərdim ki, İlham Əliyev Heydər Əliyevin həyat, siyasət, diplomatiya, dövlətçilik, bütövlükdə, Azərbaycançılıq universitetlərini bitirib, özü də hamıdan yüksək səviyyədə, necə deyərlər, bu sahədə heç kimin ala bilmədiyi fərqlənmə diplomu ilə bitirib. Elə buna görə, dünyada yaşayan əlli milyon azərbaycanlı içərisində daha çox İlham Əliyevin Heydər Əliyevin davamçısı, varisi olmağa haqqı var.” M.Yusifov özünün “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” əsərində İlham Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin varisi olmaqla yanaşı, milli birliyimizin, mütəşəkkilliyimizin və milli ideologiyamızın-azərbaycançılığın təməli olan Heydər Əliyev məktəbinin ideoloji varisi olduğunu xüsusi qeyd edir: “İlham Əliyev varislik haqqını hərtərəfli qazanmışdır. Ona görə Azərbaycan cəmiyyəti sabahkı günə işıqlı bir ümidlə baxır və şübhə etmir ki, bu gün Heydər Əliyev ailəsi kimi möhtəşəm bir nəslin varisi olan, siyasi və ideoloji varislik haqqı qazanan İlham Əliyev XXI əsrin siyasi lideri olacaq və müstəqil dövlətçiliyimizin zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəkdir.

Nəticə olaraq o da qeyd olunur ki:

Varislik cəmiyyət həyatında ardıcıllığı təmin edən hadisələr sistemi kimi tarixi bir kateqoriyadır.

Azərbaycan xalqı bir çox milli özünəməxsus keyfiyyətlərin və ümumbəşəri ideyaların varisidir.

Milli-mənəvi dəyərlərimiz və ümumbəşəri ideyalar varislik amili vasitəsi ilə nəsildən-nəsilə keçir, yaşayır, inkişaf edir və zənginləşir.

Müasir dövrdə varisi olduğumuz zəngin mənəvi keyfiyyətlərimiz ümumbəşəri ideyalarla zənginləşmə mərhələsindədir.

Dünya mədəniyyətinin ən yaxşı ənənələri bilavasitə, varislik amilinə uyğun olaraq Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətləri qovuşdurula bilir.

Azərbaycan xalqının milli-mənəvi keyfiyyətləri ümumdünya təcrübəsinin məhsulu olan elə keyfiyyətləri özünə qovuşdurur ki, həmin keyfiyyətlər əxlaqi, hüquqi, psixoloji, sosioloji cəhətdən Azərbaycanın milli-mənəvi keyfiyyətlərini və onun humanist prinsiplərini bir daha zənginləşdirə bilsin.

Dünya və Avropa mədəniyyətinə məxsus keyfiyyətlər varislik prinsipi üzrə Azərbaycanın milli-mənəvi keyfiyyətləri ilə uzlaşa bilmədikdə, milli sərvətimiz olan mənəvi dəyərlərlə inteqrasiya olunmur.

Milli-mənəvi keyfiyyətlərimizin və ümumdünya təcrübəsinin ən yüksək mənəvi dəyərləri Heydər Əliyev şəxsiyyətində özünün parlaq təcəssümünü tapır.

Milli-mənəvi dəyərlərin tarixdə daimi varisi böyük şəxsiyyətlər və dahi insanlar olmuşlar.

Hər bir xalqın böyüklüyü, xarakteri və onun dünya sivilizasiyasındakı yeri və bəşər cəmiyyətindəki mövqeyi hər zaman milli-mənəvi keyfiyyətlərin varisi olan dahi şəxsiyyətlərə görə tanınır.

Dahi şəxsiyyətlər bütün zamanlarda varisliyi yaşatmaqla, həm də varislik ənənələrinə uyğun olaraq cəmiyyət həyatına böyük irəliləyişlər və dəyişikliklər gətirmişlər. Bu mənada, siyasi varis cənab İlham Əliyevin uğurları göz qabağındadır.

Fəzail Ağamalı Heydər Əliyevin siyasi varisi kimi cənab İlham Əliyevin kursu haqqında yazır: “Prezident seçkilərindən sonra İlham Əliyev ölkədə vətəndaş həmrəyliyinin qorunub saxlanılması, siyasi sabitliyin təminatı, əhalinin maddi həyat səviyyəsinin yaxşılaşdırılması uğrunda əzmlə çalışır. Dövlət başçısı ölkədə vətəndaş həmrəyliyinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi naminə fəal siyasət həyata keçirir. Təbii ki, Prezident İlham Əliyevin atdığı bu addımlar bütün mənalarda təqdirəlayiq faktdır. Dövlət başçısı bununla öz vətəndaşlarına ehtiramını və müdafiə etdiyi prinsiplərə sədaqətini bir daha təsdiqlədi. Və sübut etdi ki, İlham Əliyevin bütün fəaliyyəti Heydər Əliyev ənənələrinin davam etdirilməsinin məntiqi nəticəsidir.

Elə "QafqazMedia İB"nin sədri və "QafqazMedia.az" informasiya saytının rəhbəri Hacı Azadə Taleh Abbasqızıda Prezident İlham Əliyevi yenidən 11 aprel Prezident seçkilərində uğurlu qələbəsi münasibətilə təbrik edib:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.

Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram.

Hörmətlə,
Hacı Azadə Taleh Abbasqızı
"QafqazMedia İB"nin sədri və "QafqazMedia.az" informasiya saytının rəhbəri

Xəbəri dərc etdi: Aydın Ulusoy
Rəy yazın