Xanlı Bazarda Afrin coşqusu

Xanlı Bazarda Afrin coşqusu

31.03.2018, 02:41 | 261 dəfə oxunulub. 12 14 16 18
Xanlı Bazarda Afrin coşqusu
Xanlı Bazarda Afrin coşqusu
Xanlı Bazarda Afrin coşqusu
Xanlı Bazarda Afrin coşqusu
Xanlı Bazarda Afrin coşqusu
Xanlı Bazarda Afrin coşqusu
Xanlı Bazarda Afrin coşqusu
Xanlı Bazarda Afrin coşqusu


28 mart tarixində Bakıda "Okuklu Holdinq" İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə "Xanlı Bazar" Ticarət Mərkəzində "Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!" Şüarları altında" Afrin Zəfəri Festivalı" keçirilib.
Qeyd edək ki, festivala Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, Millət Vəkilləri, qeyri-hökumət təşkilatları, media nümayəndələri və cəmiyyətin tanınmış simaları iştirak edib.
"Afrin Zəfər Festivalı" aparıcı Ülkər Piriyeva və Yusif bəyin səsləndirdiyi "Salam Türkiyəm” adlı şeiri ilə açıq elan edilib..
Sonra Afrin şəhidləri ruhu sükutla yad edilib, Türkiyə və Azərbaycan Cümhuryyətləri istiqlal himnləri oxunub.
Azərbaycan və Türkiyə Cümhuriyyətləri iqtisadi münasibətlərinin daha da qüvvətlənməsi naminə daim dəyərli işlər görən "Okuklu Holdinq" İdarə Heyətinin sədri Yılmaz Okuklu çıxışında Türkiyə Respublikası Silahlı Qüvvələrinin Zeytun Dalı” hərəkatında qazandığı Afrin Qələbəsini təbrik etmək adına Bakıda "Xanlı Bazarda" keçirilən bu tədbirin Türkiyəyə dəstək bir addım olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin böyük tarixi olduğunu bildirib. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz", Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" ifadəsi günümüzdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və istiqamətini dəqiq göstərir deyə ifadə edib. Cümhuriyyətlərimiz adına görülən bütün bu gözəl işlərin Türk xalqlarının birliyinin və həmrəyliyinin əhəmiyyəti olduğunu qeyd edib.
EkoAvrasiya İdarə heyətinin sədri Hikmet Eren Okuklu Holdinqin Azərbaycan adına gördüyü "Afrin Qələbə" qeyd etməsini qardaş dövlət adına atılan dəyərli bir addım olduğunu dedi. Özünü vətəndaş zənn edən bir kəs Vətənin dərdinə yad qala bilməz! Həqiqi namuslu, əsl vətənpərvər insan ailəsini özündən,vətənini ailəsindən,insanlığı isə Vətənindən uca tutmalıdır.
Hikmet Eren eyni zamanda, Okuklu Holdinqin daim Türkçülük adına gördüyü işlərdə mühüm layihələrə imza atdığını da bildirib.
Tədbirdə Azərbaycan Millət Vəkilləri Adil Əliyev, Aqil Abbas və Qənirə Paşayeva çıxış edərək bildiriblər ki, Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün, tərəqqinin bərqərar olmasına xidmət edir - deyə bildirdilər. Bu gün Azərbaycan terrora məruz qalır. Amma beynəlxalq aləmin ikili siyasəti bu gün dünyada terrorun genişlənməsinə səbəb olur. Bizim də erməni separatçıları mübarizəmizin məqsədi həm torpaqlarımızı terrorçulardan azad etmək, həm də bölgədə sabitliyi bərpa etməkdir", - deyə çıxışlarda vurğulanıb.
Azərbaycanlı millət vəkilləri Türk ordusunun Suriyanın şimalında "Zeytun Dalı" adı altında terrorçulara qarşı həyata keçirdiyi əməliyyatın əhəmiyyətindən bəhs edərək qardaş ölkə heç bir zaman ərazi bütövlüyünə zərər gəlməsinə göz yuma bilmir deyə bildiriblər. Türk ordusu beynəlxalq terrorizmə qarşı mübarizə aparır və Azərbaycan bütün məsələlərdə onun yanındadır.
"Ekoavrasiya" Məşvərət Şurasının sədri Feramüz Üstün, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi millət vəkilləri Mehmet Altay, Rəşid Polad “Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir, Türkiyə hökumətinin bəyan etdiyi kimi, Türk Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun Dalı" əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və bölgədə yaşayan dinc insanları terror hücumları və təhdidlərindən qorumaq məqsədi daşıyır - deyə bildiriblər.
Aparıcı Ülkər Piriyevanın vətənpərvərlik mövzusunda yazılan şeirləri səsləndirməsi ilə tədbir davam edib.
Festivalın sonunda "Okuklu Holdinq" İdarə Heyətinin sədri Yılmaz Okuklu göstərdiyi xidmətlərə görə "İlin Fəxri Vətəndaşı" mükafatına layiq görülüb.
Ülkər Piriyeva
Ankara – Qafqaz Media.az Türkiyə nümayəndəsi

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın