Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

16.11.2017, 16:55 | 166 dəfə oxunulub. 12 14 16 18
Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb



Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğluvə onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.
Piyadaların ikisi də hadisə yerində ölüb.Sürücü saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın