Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa magistral boru kəmərinə qoşulan kauçuk boru tapıb

Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa magistral boru kəmərinə qoşulan kauçuk boru tapıb

19.09.2017, 20:27 | 215 dəfə oxunulub. 12 14 16 18
Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa magistral boru kəmərinə qoşulan kauçuk boru tapıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Bölməsinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşları Bakı-Supsa magistral boru kəmərinin soyğunçuluq cəhdinə yol verildiyini müəyyən ediblər. QafqazMedia.az saytının məlumatına görə, hadisə barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb. BP-nin təhlükəsizlik qrupu və Qardabani Polis əməkdaşlarının apardığı xüsusi əməliyyat nəticəsində məlum olub ki, boru kəmərinə kranı olan kauçuk boru birləşdirilib və oğurluqla bağlı baltalar, çəkic, iş alətləri tapılıb.

Faktla bağlı iki nəfər saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin 19-177 (oğurluq və quldurluğa cəhd) maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda Qardabani Polis İdarəsə soyğunçuluqla bağlı araşdırma aparır.

Xatırladaq ki, 2016-cı ildə də Kareli rayonunda belə bir hadisə baş vermişdi. Kareli rayonunun Ruisi kəndində xüsusi texniki avadanlıqla təchiz edilmiş 1 km uzunluqda boru kəmərinə qoşulmuş xətt tapılmışdı.

QafqazMedia.az


Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın