Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib

04.07.2017, 19:52 | 255 dəfə oxunulub. 12 14 16 18
Bakıda qətl hadisəsi baş verib



Bakıda qətl hadisəsi baş verib.
QafqazMedia.az məlumat verir ki, qanlı cinayət Nəsimi rayonunda olub. Nəsimi rayon polis idarəsindən verilən məlumata görə, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvaninda 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb. Hər iki şəxs sərxoş vəziyyətdə olub. Bildirilir ki, hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur. Dünən tanışı Zakir Səlimov onun evinə qonaq gəlib və onlar birlikdə yeyib-içiblər. Daha sonra Malik Həsənov 66 yaşlı Zakirdən evi tərk etməsini tələb edib. Tək qalmaq istədiyini və istirahət edəcəyini deyən Malik Həsənov qonağın getmək istəmədiyini görüncə onunla mübahisə edib. Mübahisə daha sonra münaqişəyə çevrilib və 45 yaşlı Malik taxta parçası ilə qonağın başına 3-4 ağır zərbə endirib. Zakir Səlimov hadisə yerindəcə keçinib. Cinayəti törədən Malik Həsənov daha sonra könüllü olaraq polis bölməsinə gedib, törətdiyi əməli etiraf edərək təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Xezerxeber.az



Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın