Bakıda tələbə faciəli şəkildə öldü - YENİLƏNİB

Bakıda tələbə faciəli şəkildə öldü - YENİLƏNİB

04.07.2017, 16:36 | 188 dəfə oxunulub. 12 14 16 18
Bakıda tələbə faciəli şəkildə öldü - YENİLƏNİB



10:56

Bakıda faciəli şəkildə ölən şəxsin Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğu məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Mehdiyev Samir Azi oğlu universitetin 205 a8-ci qrupunda təhsil alırmış.

Universitetin Mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva report-a bildirib ki, Samir Mehdiyev döyülmə deyil, avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Mehdiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğu bildirilirdi.

----------

10:22

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev Milli.Az-a bildirdi ki, ATU-da Mehdiyev Samir Azi oğlu ad və soyadlı tələbə oxumur.

Son 6 ildə ATU-da təhsil alan, yaxud təhsilini yarımçıq qoyan tələbələr arasında da belə şəxs yoxdur.

-----------

09:20

Bakıda ölüm hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə tapılıb.

O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları report-a bildirib ki, S.Mehdiyev bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, təhqiqat aparılır.

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın