Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

12.05.2018, 17:00 | 78 dəfə oxunulub. 12 14 16 18
Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb


Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Opel Vectra” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin arxa buferinin altından üzərində "Star Light” yazısı olan, hər birində 25 ədəd olmaqla 6 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın