Azərbaycanlı gənc 17 yaşında qurduğu biznesi TOP10-luğa daxil oldu - Amrah Shop

Azərbaycanlı gənc 17 yaşında qurduğu biznesi TOP10-luğa daxil oldu - Amrah Shop

12.11.2017, 23:57 | 300 dəfə oxunulub. 12 14 16 18
Azərbaycanlı gənc 15 yaşındaykən biznesə başladı, 17 yaşında isə qurduğu bizneslə "Best Azerbaijan Shop" adlı layihədə top 10-luğa daxil oldu.

Əslən Naxçıvan Muxtar Respublikasından olan Mehdiyev Əmrah Şücaət oğlu, 2000-ci ildə anadan olmuşdur. 2015-ci ildən Əmrahda kiçik biznesə maraq oyanıb. Lakin, özünə inamsızlığı gəncin biznesə ilk addımlarını atmağa icazə verməyib. 2015-ci ilin aprel aylarında Əmrah əlində olan 30 Azərbaycan manatı ilə (AZN) özünə inamsızlığı bir kənara atıb, biznesə başladı. Azərbaycanlı gənc ilk biznesə addımlarını xarici biznes şirkətlərinin birinin Azərbaycandakı nümayəndəliyinə üzv olmaqla, o biznes sahəsinə qoşulub. 30 azn ilə biznesə başlayan gənc qısa müddətdən sonra xarici şirkətin Azərbaycandakı nümayəndəliyində yüksək biznes statuslarından birini almaqla, həmin şirkətin Multi LeveL Marketing - MLM sisteminə qoşularaq, öz işini dahada genişləndirib. 2016-cı ildən gənc biznesmen, daha bir yeni uğura imza atıb. Belə ki, Əmrah iyul ayının 11-də Dünya səviyyəsində məhşur bir biznes şirkətinin Azərbaycandakı nümayəndəliyinə ("FABERLİC" LTD) qoşularaq, 90 gün ərzində həmin şirkətin Azərbaycandakı nümayəndəliyində "satış dirketoru" vəzifəsinə təyin edilib.
Nəhayət, 2016-cı ilin sentyabr ayından gənc biznesmen öz adına instagram hesabı üzərindən [size=5]"Amrah" Shop internet mağazası açır və qısa müddət ərzində "Amrah" Shop onlayın internet mağazası kifayət qədər izləyici kütləsi yığmağa nail olur. Yüzlərin sevimlisinə çevrilmiş "Amrah" Shop onlayın internet mağazası bu yaxınlarda 1 yaşını qeyd etdi. Biznes sektorunda çox qısa fəaliyyəti olmasına baxmayaraq, illərlə bazarda olan məhşur internet mağazaları ilə birlikdə (Azərbaycan üzrə) 9 noyabr "Bayraq günü""Baku Shopping" festivalının payız sessiyasının keçirilməsi ilə əlaqədar Azərbaycanda, "Best Azerbaijan Shop" adlı internet mağazalarının ən yaxşılarının TOP 10-luğuna daxil olub. Nəzərinizə çatdırmaq istərdik ki, "Amrah" Shop onlayın internet mağazası TOP 10-luqda 6-cı yer üzrə siyahıda yer alıb və AMBEAS tərəfindən "Uğurlu biznes" adlı uğur mükafatı ilə təltif olunub.
Qeyd edək ki, "Amrah" Shop onlayın internet mağazası, artıq internet üzrə "Amrah Telecom", "Amrah House Decor", "Amrah Boutique", "Kinderim butik", "Amrah Electronics" adlı fiallarını öz izləyici kütlələrinin xidmətinə təqdim edib. Gənc biznesmen onuda qeyd edib ki, hazırda yeni bir böyük lahiyə üzərində işləyir. Əmrah deyir ki: "bu layihəni Azərbaycana ilk mən gətirəcəyəm və bu lahiyə analoqu olmayan lahiyələr sırasına tezliklə daxil olacağına əminəm."
Bizdə öz redaksiyamız adından, gənc biznesmenə bu uğurlu biznes həyatında bol qazanclar və naliyyətlər arzu edirik!


Azərbaycanlı gənc 17 yaşında qurduğu biznesi TOP10-luğa daxil oldu - Amrah Shop

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın