Dollar və avroya yeni rəqib: dövriyyəyə 2025-ci ildən sonra buraxıla bilər

Dollar və avroya yeni rəqib: dövriyyəyə 2025-ci ildən sonra buraxıla bilər

02.08.2017, 18:43 | 304 dəfə oxunulub. 12 14 16 18
Dollar və avroya yeni rəqib: dövriyyəyə 2025-ci ildən sonra buraxıla bilər



Avrasiya İqtisadi Birliyinin (AİB) vahid valyutası dövriyyəyə2025-ci ildən sonra buraxıla bilər.
Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
"Hazırda vahid valyutadan söhbət getmir. Hamı Avropa İttifaqındakı (Aİ) təcrübəni bilir. Vahid valyutanın yaradılması ən son mərhələ ola bilər. Bu, 2025-ci ildən sonranın perspektividir” – deyə o, qeyd edib.
Nazirin sözlərinə görə, Aİ-da ticarət və xidmət bazarı təşkil edilmədən vahid valyutanın yaradılması iqtisadi disbalansa, son nəticədə isə böhrana gətirib-çıxarıb.
"AİB çərçivəsində əsas məsələ bank sistemi və maliyyə bazarları da daxil olmaqla bütün istiqamətlərdə idarəetmənin uyğunlaşdırılmasıdır”- deyə o, əlavə edib.

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın