Moskvanın yeni aeroportundan Bakıya uçuşlar başlayır

Moskvanın yeni aeroportundan Bakıya uçuşlar başlayır

04.07.2017, 16:38 | 322 dəfə oxunulub. 12 14 16 18
Rusiyanın "Pegas Fly" ("İkar") aviaşirkəti iyulun 27-dən Moskvanın yeni "Jukovski" beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirəcək.

Moskvanın yeni aeroportundan Bakıya uçuşlar başlayır



QafqazMedia.Az Trend-ə istinadən xəbər verir ki, şirkət "Jukovski" - Bakı müntəzəm sərnişin reyslərini yay cədvəlinin sonunadək - oktyabrın 29-na qədər həftədə iki dəfə yerinə yetirəcək.
Cümə axşamı Moskvadan uçuş yerli vaxtla saat 10:45, Azərbaycan paytaxtına çatma Bakı vaxtı ilə saat 15:00-da, Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş isə saat 16:15, "Jukovski"yə çatma 18:10-da icra olunacaq.
Həftənin bazar ertəsi və şənbə günləri təyyarə Moskvadan saat 08:10-da hava qalxıb saat 12:25-də təyinat yerinə çatacaq. Geriyə isə 13:40-da istiqamət alıb saat 15:35-də Rusiya paytaxtına çatacaq.
Uçuşlar "Boeing-767" təyyarələrində yerinə yetiriləcək.
Bundan əvvəl reyslərin martın 14-dən həyata keçirilməsi nəzərdə tutulurdu.

Xədicə

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın