Azərbaycan nümayəndə heyəti Gürcüstanın olimpiyaçılarının forumunda iştirak edib 25.06.2018 [21:54] İDMAN

Azərbaycan nümayəndə heyəti Gürcüstanın olimpiyaçılarının forumunda iştirak edib 25.06.2018 [21:54] İDMAN

26.06.2018, 03:08 | 91 dəfə oxunulub. 12 14 16 18
Azərbaycan nümayəndə heyəti Gürcüstanın olimpiyaçılarının forumunda iştirak edib
25.06.2018 [21:54] İDMAN


Gürcüstan Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə bu ölkənin olimpiyaçılarının forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin unikallığı 1952-ci il Helsinki Yay Olimpiya Oyunlarından “Pxençan-2018” Qış Olimpiya Oyunlarınadək bütün olimpiadalarda uğur qazanan çempionları bir araya gətirmək, Olimpiya dəyərlərini təbliğ etməkdən ibarət olub. Həmçinin Olimpiya Gününə həsr olunmuş çempionlar arasında qaçış yarışı da təşkil edilib.
Forumda Olimpiya çempionları ilə yanaşı, Milli Olimpiya komitələrindən nümayəndələr iştirak ediblər. Azərbaycanı bu tədbirdə Olimpiya çempionu Fərid Mansurov və Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev təmsil ediblər.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın