Azərbaycan cüdoçusu Avropa kubokunun bürünc medalını qazanıb

Azərbaycan cüdoçusu Avropa kubokunun bürünc medalını qazanıb

05.02.2018, 09:11 | 123 dəfə oxunulub. 12 14 16 18

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa yekun vurulub.
T
Azərbaycan cüdoçusu Avropa kubokunun bürünc medalını qazanıb
urnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 100 kiloqramdan artıq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.
Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın