Bakıda keçirilən Alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışlarında Marneulidən olan 3 nəfər azərbaycanlı idmançı qələbə qazanıb

Bakıda keçirilən Alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışlarında Marneulidən olan 3 nəfər azərbaycanlı idmançı qələbə qazanıb

26.11.2017, 11:18 | 206 dəfə oxunulub. 12 14 16 18

Noyabrın 24-26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları keçirilib. QafqazMedia.az saytının GAXA.ge saytına istinadən məlumatına görə, tədbirdə azərbaycanlıların kompakt yaşadığı Marneulidən də idmançılar iştirak edib. Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Faiq Məmmədovun GAXA-ya verdiyi açıqlamasına görə, yarışda Marneulidən olan idmançı Elmar Məmmədov 50 kq dərəcəsində Azərbaycan, Qazaxıstan və İrandan olan rəqibləri üzərində qalib gələrək qızıl medala layiq görülüb. Daha sonra Marneulidən olan idmançılarımız da qalib olublar. 80 kq çəki dərəcəsində döyüşən Elnur Quliyev II, 30 kq çəki dərəcəsində döyüşən Qiyas Səfərov III yerə çıxıblar.

Alpaqut Federasiyasının vitse-prezidenti Faiq Məmmədov GAXA-ya açıqlamasında məşqlərini Marneulidəki “Çay Evi”ndə keçirdiklərini bildirib: “Bizim idmana həvəsi olan gənclərimiz çoxdur. Biz dünya ölkələrində təşkil edilən bir çox yarışlara qatıla bilmirik. Bunun üçün maddi vəsait yoxdur. Düşünürəm ki, bizə yardım edən tapılsa biz daha çox qələbələrə imza ata bilərik,”-F. Məmmədov bildirib.

Qeyd edək ki, Bakıda keçirilən yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilib. Tədbirdə 15 dövlətdən idmançılar qatılıb. Dünya kubokunda Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Türkmənistan, İran, Qırğızıstan, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Banqladeş, Pakistan və Ukraynadan, ümumilikdə 300-dən çox idmançı iştirak edib.

QafqazMedia.az

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın